Reklam
Qubadlıda ilk su elektrik stansiyası tikilir - Video
31-10-2026 11:26
Qubadlı rayonunda Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə “Eyvazlı” Su Elektrik Stansiyası tikilir. Ölkə başçısının tapşırığına uyğun olaraq, “AzərEnerji” tərəfindən inşa edilən stansiya Qubadlı rayonunun tarixində yaradılan ilk su elektrik stansiyası olacaq.Dalidag.az xəbər verir ki, bu barədə AzərEnerji ASC məlumat yayıb.
Bildirilib ki, stansiyanı dayanıqlı su ilə təmin etmək üçün Bərgüşad çayı üzərində ekoloji normalara uyğun baş suqəbuledici qurğu inşa edilib. Mürəkkəb relyef şəraitində uzunluğu 5,3 km məsafədə derivasiya boru xətti çəkilib, maşın zalının tikintisi başa çatdırılıb.
Hazırda stansiyada turbin və generatorların, eləcə də 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğuların montajı həyata keçirilir. İki ədəd Frensis tipli turbinlə təchiz olunacaq “Eyvazlı” SES-də tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur.
“Eyvazlı” SES “AzərEnerji” tərəfindən 2021-ci ildə tikilərək istismara verilmiş 110 kilovoltluq “Qubadlı” yarımstansiyası vasitəsilə ölkənin vahid enerjisisteminə qoşulacaq.
Yeni tikilən SES-in istismara verilməsi ilə Qubadlı rayonu da, işğaldan azad edilmiş ərazilərdə “yaşıl” hidroenerji istehsal edən rayonların sırasına qoşulacaq. Stansiyada ildə 15,6 milyon kilovat-saat ekoloji cəhətdən təmiz “yaşıl enerji”nin istehsalı, 3,5 milyon kubmetr təbii qaza qənaət edilməsi və atmosferə atılan 6400 ton karbon qazı emissiyasının qarşısının alınması nəzərdə tutulur.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 31-10-2026 11:26
Baxış sayı: 38Yazı axını
31 / 10 / 2026
30 / 10 / 2026
30 / 10 / 2026
29 / 10 / 2026
28 / 10 / 2026
27 / 10 / 2026
26 / 10 / 2026
25 / 10 / 2026
25 / 10 / 2026
24 / 10 / 2026
23 / 10 / 2026
23 / 10 / 2026
21 / 10 / 2026
20 / 10 / 2026
20 / 10 / 2026
19 / 10 / 2026
18 / 10 / 2026
18 / 10 / 2026
17 / 10 / 2026
17 / 10 / 2026
16 / 10 / 2026
Ən çox oxunanlar




























