44 günlük Vətən müharibəsi iştirakçısı Vəliyev Əli vəfat edib. Dalidag.az bildirir ki, o, uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, Əli Vəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Xankəndi şəhərində silah-sursatların tapılması istiqamətində tədbirlər davam edir. Dalidag.az xəbər verir ki, yanvarın 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 5 ədəd avtomat silahı, 4 ədəd qumbara, 1 tüfəng, 34 ədəd patron darağı, 1774 ədəd patron və digər sursatlar aşkar olunaraq götürülüb

Ruben Vardanyan üzdə xeyriyyəçi obrazı yaratsa da, 90-cı illərdə qara pullarla varlanan, xüsusən çirkab pulların yuyulmasında mahir olan fırıldaqçı imiş. Dalidag.az xəbər verir ki, bu barədə “AzTV”nin “Həftə” ictimai-siyasi proqramında məlumat verilib.

Xankəndi şəhədində silah-sursatın aşkarlanması istiqamətindən tədbirlər davam edir. Dalidag.az xəbər verir ki, yanvarın 13-də və 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 4 ədəd qumbara, 1 ədəd avtomat silahı, 1 tapança, 2 tüfəng, 1240 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunub. Dalidag.az

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən anklavlarla və bitişik bölgələlə bağlı məsələ həllini tapdı. Dalidag.az xəbər verir ki, bunu teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi birmənalı şəkildə tam aydın diqqətə çatdırıldı: "Xüsusilə də Prezident İlham Əliyev bitişik ərazilərin heç bir danışıq mövzusu olmadığını, anklavların isə müzakirə olunacağını söylədi. Burda da Prezidentin əsas arqumenti o

Qubadlı rayonunda pulemyot və avtomat aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Mahmudlu kəndi ərazisində həmçinin müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb. Faktla bağlı araşdırma aparılır. Dalidag.az

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov teleqraf.com-un suallarını cavablandırıb. Dalidag.az həmin müsahibəni təqdim edir: - Zaur müəllim, Cənubi Qafqazda indiki durum və risklərlə bağlı fərqli yanaşmalar var. Bölgənin gələcəyi ilə bağlı gözləntilər nədən ibarətdir? - Hazırda region ətrafında siyasi rəqabət artıb. Bu bölgə böyük risklər qarşısında dayana bilər. Regional və buradan uzaqda olan ölkələrin təhdidləri və təzyiqləri ilə bölgədə riskli vəziyyət yaranması

Qarabağ Dirçəliş Fondunun sifarişi əsasında Füzuli şəhərində salınacaq Mərkəzi Parkın ərazisinin tikili qalıqlarından və digər tullantılardan təmizlənməsi və ərazinin müvəqqəti hasara alınması işləri davam etdirilir. Dalidag.az xəbər verir ki, görülən işlər zamanı ərazidə mövcud olan ağacların qorunmasına da xüsusi diqqət yetirilir. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Parkın

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində yeni nüanslara toxundu. Ölkə başçısı hələ də Ermənistanın işğalı altında qalan 8 kəndlə bağlı məsələdən bəhs etdi. 8 kənddən dördünün anklav olmadığı vurğulandı və dərhal azad edilməli olduğu erməni tərəfinin diqqətinə çatdırıldı. Dövlət başçısı sonuncu dəfə Sankt-Peterburqda Nikol Paşinyanla görüşdə bu məsələni onun nəzərinə çatdırdığını söyləyib. Məhz bu baxımdan 4 yaşayış məntəqəsinin dərhal azad olunması, digər 4 kəndin azad

Qubadlı rayonu ərazisində yerləşən Balasoltanlı Radio-Televiziya Yayım Stansiyası torpaqlar işğal altında olan müddətdə istismara yararsız vəziyyətə düşüb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Milli.Az-a verilən xəbərə görə, aparılan işlər çərçivəsində sözügedən stansiyaya elektrik veriliş xətti çəkilib, texniki bina təmir edilib və stansiya texniki vasitələrlə təchiz olunaraq yayım üçün hazır vəziyyətə gətirilib. Belə ki, hər biri 1 kVt gücündə iki ədəd FM radioverici, 1 ədəd 300 Vt
Yazı axını