Reklam
Qarabağa qayıdış mövzusunu bağlamışıq - Paşinyan
20-04-2026 16:30
Dalidag.az xəbər verir ki, Ermənistan baş naziri bu haqda hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramını təqdim edərkən videomüraciətində bildirib.
Razılaşmanın mənası ondan ibarətdir ki, tərəflər Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıdıqdan sonra sərhədlərin delimitasiyasını aparır və bir-birini rahat buraxırlar. Bu kontekstdə o, bir daha vurğulayıb ki, ermənilərin Qarabağa qayıdışı mövzusunu qeyri-məqbul hesab edir, çünki Bakı buna cavab olaraq məlum mövzunu - azərbaycanlıların Ermənistana qayıdışını gündəmə gətirə bilər.
“Artıq kimin harada yaşadığını, kimin nəyə sahib olduğunu araşdırmayacağıq. Bu mövzunu bağlayırıq. Yalnız bu yolla sülhə nail ola bilərik. Bizim öz həqiqətimiz var, amma başqalarının da öz həqiqəti var. Və düşünmək lazım deyil ki, beynəlxalq ictimaiyyət müxtəlif səviyyələrdə öz həqiqətimizi danışanda bizi alqışlayır”.
Onun sözlərinə görə, bəzi ölkələr və həmin ölkələrdə müəyyən siyasi dairələr Ermənistanı dəstəkləyir, onun mövqeyini və tarixi narrativlərini bölüşür. Lakin eyni ölkələrdə Azərbaycanın yanaşmasını bölüşən dairələr də var. Nəticədə bütün bunlar başqalarının qızışdırdığı münaqişəyə gətirib çıxarıb.
2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar. Hər iki ölkənin xarici işlər nazirləri həmçinin ATƏT-in Minsk qrupu və onunla bağlı strukturların bağlanması barədə birgə müraciət imzalayıblar. Bundan əlavə, Ermənistan və Azərbaycan XİN rəhbərləri gələcək sülh sazişinin mətnini paraflayıb və daha sonra onu dərc ediblər.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 20-04-2026 16:30
Baxış sayı: 39Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar






























