Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb: Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-da ilk görüşdən, 7-11 may tarixində ikinci görüşdən imtina edib; Komissiyanın 16-17 may tarixində Moskvada keçiriləcəyi gözlənilən ilk görüşü də alınmayıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bunu “texniki detalların razılaşdırılması” ilə əlaqələndirib və qeyd edib ki, yaxın günlərdə, yaxud həftələrdə təmaslar davam edəcək. İrəvanın

Şuşa şəhərində indiyədək 7 tarixi abidə bərpa olunub. Dalidag.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib. O bildirib ki, Şuşanın yeni Baş planı hazırlanıb, şəhərdə 20-25 min insanın məskunlaşması nəzərdə tutulur. Aydın Kərimov qeyd edib ki, insanların məskunlaşması üçün 24 binanın tikintisi nəzərdə tutulur. (apa) Dalidag.az

Azərbaycan Laçının Zabux kəndi ərazisində elektrik dirəkləri quraşdırır. Laçın dəhlizi bu kəndin yaxınlığından keçir. Hazırda ermənilərin yaşadığı kəndin qondarma “rəhbəri” Andranik Çavuşyan iddia edir ki, işıq dirəklərini dəhliz ərazisində də qoymaq planlaşdırılsa da, sonradan bu məsələ dayanıb. Ermənilər bildirir ki, Azərbaycan Laçın dəhlizinin marşrutunun dəyişməsindən sonra mövcud dəhlizin keçdiyi ərazilərin infrastrukturunun qurulmasına hazırlaşır. “O zaman biz artıq burada olmaya bilərik.

Ermənistanın Azərbaycanın 5 təklifinə cavab verməsindən sonra Xankəndidən səs-küylü xəbər gözləmək olar. Özünü “dqr” adlandıran respublikanın bütün “nazirləri”, “prezidenti”, “deputatları” təcili olaraq Xankəndini azad etməli olacaqlar. Dalidağ.az xəbər verir ki, bu fikirləri Ermənistan mətbuatına müsahibəsində Qarabağdakı separatçı rejimin “milli assambleyası”nın “ədalət fraksiyası”nın üzvü Metaxe Akopyan deyib. “İrəvanın Azərbaycanın təklif etdiyi beş bəndə cavabının təfərrüatını yalnız Bakı

Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb. Dalidag.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib. Qeyd olunub ki, təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir.

Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində, keçmiş Ağdərə rayonunda “Rus mərkəzi” açılıb. Dalidag.az xəbər verir ki, bu barədə rus sülhməramlılarının himayəsində hələ də fəaliyyət göstərməyə cəhd edən erməni separatçı tör-töküntüləri açıqlama yayıb. Bildirilib ki, mərkəz “rus dili və mədəniyyətinin öyrədilməsi” ilə məşğul olacaq. Mərkəzin guya mesenatlar sayəsində açıldığı, xeyriyyəçilərin tədris materialları və mebel verdiyi

Uzun müddət işğal altında qalan Füzuli şəhəri yenidən qurulur və bərpa olunur. Mayın 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli şəhərində Peşə Liseyinin və 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər və yeni yaradılacaq parkda ağac əkiblər. 50 minlik sakini olacaq Füzuli şəhəri gözləniləndən daha qısa müddətdə yenidən bərpa olunub məksunlaşmağa hazır olacaq. İşğaldan azad olunan ərazilərimizdə

İkinci Qarabağ müharibəsi dövründə İrəvana məlumat verirdilər ki, hər şey normaldır, amma əslində vəziyyət tamamilə başqa cür idi. Bəzi səbəblərə görə real məlumat hakimiyyətə ötürülmədi. Şuşada da vəziyyət belə idi. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin sabiq Aparat rəhbəri Tiqran Avanyan yerli KİV-in suallarını cavablandırarkən danışıb. Onun sözlərinə görə, o zaman Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Şuşanın “müdafiəsi ilə bağlı” görəvləndirilmişdi:

Azərbaycan Televiziyası (AzTV) Birinci Qarabağ müharibəsi zamanı Şuşa həbsxanasında saxlanılan əsirlər barədə film hazırlayıb. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, "Səhər açılsın” adlanan filmin qəhrəmanları Şuşa həbsxanasında əsirlikdə olmuş Həbib Kazımov, Zahid Həsənov və Camaləddin Hüseynovdur. Filmdə 3 əsirin timsalında Şuşa həbsxanasındakı dəhşətlər, orada saxlanılan azərbaycanlıların başlarına gələnlər barədə məlumat verilir, onların yaşadığı ağır

Bir aydan artıqdır Ermənistanda davam edən etirazlar elan hədəflərinə çatmayıb. Mayın ilk həftələrində müxalifət İrəvanda və ölkənin iri şəhərlərində itaətsizlik çağırışları ilə əhalini küçələrə dəvət etsə də, yürüşlərin kütləviliyi alınmayıb. Mayın 5-dən etibarən isə polis qüvvələri müxalifət tərəfdarlarına qarşı sərt tədbirlərə başlayıb. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdikləri siyasi qüvvələrin hakimiyyətə qarşı küçə mübarizəsinin elan olunmuş əsas məqsədi
Yazı axını