Reklam

Şuşanı gördüm, bundan sonra... - Taleh Şahməmmədli yazır
25-09-2021 16:28

30 ildi yanan ürəyimizə su səpildi...
“Şuşaya gedirəm”.., “Şuşadayam”.., “Şuşadan dünən gəlmişəm”... “Kəlbəcər yolu ilə Laçına getmişdim”... və sair..
İndi bu sözləri tez-tez eşidirik.. və etiraf edək ki, qulağa olduqca şirin gəldiyi qədər də qeyri-adi səslənir. Hələ alışa bilmirik...
Mən azadlığına qovuşan yurd yerlərimiz, bununla bağlı yaşadıqlarımızı, hisslərimizi ifadə etməyə hələ də kəlmələr tapa bilmirəm.
Bu hisslərin nə olduğunu tam dərk etmək üçün 30 il bu DƏRDLƏ yatıb, bu DƏRDLƏ durmalısan, yemək yeyəndə də, yol yeriyəndə də, qəmlənib sevinəndə də bu DƏRD səninlə olmalıdı. Bu DƏRDlə yaşamalısın, yeniyetməlikdən gəncliyə keçməlisən, yaşlanmalısan, bir sözlə, onunla birgə illərlə yaşamalısan...
Və birdən-birə, cəmi 44 gündən sonra bu həsrətinə son qoyula, ömür boyu bütün varlığınla arzuladığın vüsala qovuşasan... və qısa zaman kəsiyində gələn bu SEVİNCİN ağırlığına dözəsən...
30 il içində böyüyən, böyütdüyün dərdin birdən-birə yox olur, yeri boş qalır... Məcnunun Leylinin dərdinə alışdığı kimi alışmısan axı...
SEVİNC o qədər nəhəngdir ki, onu da birdən-birə qəbul edə bilmirsən, cismin, qəlbin buna tam hazır deyil... DƏRDin yerində müvəqqəti boşluq yaranır...
Amma elə ki, 29 il, 4 ay, 10 gündən sonra illərlə həsrətinə qovrulduğun havanı udursan, suyu içirsən, torpağına ayaq basırsan, qoxusunu ciyərlərinə çəkirsən, bundan sonra SEVİNC öz möhtəşəmliyi ilə DƏRDin yerini tutmağa başlayır. Bu dəfə boşluqdan xilas olmağa başlayırsan və sənə elə gəlir ki, nə isə qeyri-adi bir zamandasan, ömür bitir artıq və bu qədər XOŞBƏXTLİKdən, bu böyüklükdə SEVİNCdən sonra daha yaşamamaq da olar... ömrü bitirə bilərsən. Çünki bundan sonra heç vaxt belə XOŞBƏXTLİK yaşaya bilməyəcəksən...
Mən Şuşaya getmək XOŞBƏXTLİYİNİ yaşadım!! Azad edilmiş yurd yerlərimizə ayağım dəydi, havasını uddum, suyunu içdim...
Bundan böyük XOŞBƏXTLİK bundan sonra mümkün deyil!!!
Bu SEVİNCİ, bu XOŞBƏXTLİYİ bizə yaşadan OĞULLAR qarşınızda qürurla baş əyirəm!!!
Sizə tarix boyu borcluyuq!!!
Taleh Şahməmmədli
Dalidag.az




























Yazı axını
15 / 09 / 2025
15 / 09 / 2025
15 / 09 / 2025
12 / 09 / 2025
11 / 09 / 2025
11 / 09 / 2025
10 / 09 / 2025
09 / 09 / 2025
09 / 09 / 2025
08 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
06 / 09 / 2025
06 / 09 / 2025
05 / 09 / 2025
04 / 09 / 2025
03 / 09 / 2025
02 / 09 / 2025
01 / 09 / 2025
31 / 08 / 2025
30 / 08 / 2025
29 / 08 / 2025
Ən çox oxunanlar
15-09-2025 17:03
