Reklam
Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
18-04-2024 11:31
"Bir qarabağlı olaraq çox sevinirəm ki, insanlarımız artıq Böyük Qayıdışa hazırlaşırlar. Laçına və kəndlərinə, Füzuli şəhərinə, Zəngilana köç edirlər və çox xoşbəxtdirlər. Mən də istərdim ki, doğulduğum Ağdamda fəaliyyətimi davam etdirim".Dalidag.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Xalq artisti Aygün Bayramova deyib. O öz sahəsində uğur qazanmış insanları birliyə çağıraraq, hamının əl-ələ verib Qarabağı cənnətə çevirəcəyinə əminliyini ifadə edib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır. Xalq artisti Aygün Bayramovanın iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.
Kateqoriya: Qarabağ
Tarix: 18-04-2024 11:31
Baxış sayı: 3357Yazı axını
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























