Reklam
Başlıbel şəhidləri yad edilib - ŞƏKİLLƏR
18-04-2024 13:57
Başlıbel faciəsinin 31-ci ildönümü qeyd edilib
Anım mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər rayon ictimaiyyəti, Başlıbel kənd sakinləri, şəhid ailələri və hadisə şahidləri iştirak edib.Əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Dalidag.az xəbər verir ki, tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daima şəhid ailələrini, qaziləri diqqət mərkəzində saxlayaraq onlara xüsusi diqqət və qayğı göstərir.Rayon rəhbəri vurğulayıb ki,Kəlbəcər rayonu da, erməni vandalizimindən əziyyət çəkmişdir və bu gündə rayonumuzun sakinləri bu vandalizmin ağrısını, acısını yaşayır.Kəlbəcər rayonunda ermənilər Ağdaban faciəsindən sonra Başlıbel faciəsini törətmişdir. Başlıbel faciəsi zamanı kənd sakinlərinin bir hissəsi erməni yaraqlılarından qaçaraq canlarını qurtara bilsələrdə, bir hissəsi mağaralara sığınmış və oradaca kütləvi şəkildə erməni vandalizminin qurbanına çevrilərək qətlə yetirlimişdirlər.Rayon İcra Hakmiyyətinin başçısı Azər Qocayev bildirib ki, onların ruhlarıda digər şəhidlərimizin ruhları kimi şaddır. Çünki Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasətinin, qətiyyətinin və əsgərlərimizin qəhramanlığı sayəsində torpaqlarımız düşmən tapdağından azad edilərək ərazi bütövlüyümüz bərpa edilmiş və həmin ərazilərdə üç rəngli müqəddəs Azərbaycan bayrağı dalğalandırılmışdır. Eyni zamanda rayon rəhbəri vurğulamışdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında artıq işğaldan azad olunmuş rayonlarda, o cümlədən Kəlbəcər rayonunda da, yenidən qurma işləri başlayıb və digər şəhidlərimiz kimi, Başlıbel faciəsinin qurbanlarınında əziz xatirəsi qanunamüvafiq qaydada əbədiləşdiriləcəkdir.
Digər çıxış edən natiqlər YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Başlıbel kənd sakini, şair , şəhid ailəsi Sönməz Ələkbər, Başlıbel kənd sakini Əhliyyədin Şahbəndəyev və Kəlbəcər rayon su-kanal idarəsinin rəisi Şaban Qurbanov Başlıbel faciəsindən söz açaraq bu faciənin insanlığa və bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu bildirmişdirlər.Eyni zamanda qeyd olunmuşdur ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və dəmir yumruğu hesabına, rəşadətli orumuzun qəhrəmanlığı ilə silahlı qüvvələrimiz 44 günlük şanlı Zəfər tarixi yazmış və düşmən tapdağında olan torpaqlarımız azad edilmişdir. Vətən müharibəsindən sonra Erməni vandalizmindən dağlara,kahalara sığınaraq oradaca şəhid olan Başlıbel sakinlərinin nəşləri müəyyən edilərək oradaca dəfn edilmişdir.Bu gün Başlıbellilər öz doğma kəndlərini ziyarət edərək, orada şəhid olan əzizlərini ziyarət edirlər.
Başlıbel ziyalıları, sakinləri və hadisə qurbanlarının yaxınları onlara göstərilən diqqət və qayğıya,həmçinin bu faciəyə dövlət səviyyəsində verilən hüquqi qiymətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 18-04-2024 13:57
Baxış sayı: 3307
Yazı axını
06 / 11 / 2024
06 / 11 / 2024
05 / 11 / 2024
05 / 11 / 2024
04 / 11 / 2024
04 / 11 / 2024
02 / 11 / 2024
02 / 11 / 2024
01 / 11 / 2024
30 / 10 / 2024
30 / 10 / 2024
29 / 10 / 2024
28 / 10 / 2024
28 / 10 / 2024
26 / 10 / 2024
26 / 10 / 2024
25 / 10 / 2024
22 / 10 / 2024
21 / 10 / 2024
21 / 10 / 2024
Ən çox oxunanlar