Reklam
99 yaşlı kəlbəcərli müəllim vəfat etdi
08-04-2024 20:57

Kəlbəcər rayon sakini, İkinci Dünya müharibəsi veteranı, qocaman təhsil işçisi, uzun müddət məktəb direktoru və müəllim işləmiş Şəmşir Mikayıl oğlu Şəldiyev vəfat edib. Bu barədə ictimai fəal Rahil Kəlbəcərli məlumat verib.
Dalidag.az bildirir ki, Şəmşir Mikayıl oğlu Şəldiyev 1925-ciildə Kəlbəcər rayonunun anadan olub. 1941-ciildə Qılınclıkənd ortaməktəbini bitirib. 1942-ciildə müəllim çatmadığına görə Ağqaya kəndində ibtidai məktəbə müəllim və müdirtəyin edilib. 1942 ciilin noyabr ayında əsgərliyə çağırılıb, komsomol təşkilat katibi olduğu üçün özünə borc bilərək könüllü müharibəy əgedib. 9 may qələbə gününü hospitalda keçirib. Müharibədə aldığı zərbədən I qrup əlil olub. Sol əlinin ikibarmağını itirib. Müharibədən sonra Laçındakı pedaqoji məktəbdə bir il təhsil alaraq Kəlbəcərdə fəaliyyətini davam etdirib. 1947-ci ildə V.İ.Lenin adına Pedaqoji İnstitutun hüquq və tarix müəllimliyi fakültəsinin qiyabi şöbəsinə qəbul olunub. 1951-ci ildə institutu bitirib və Sınıq Kilsə kənd məktəbinə tarix müəllimi və direktor təyin edilib.Şəmşir müəllim 1956-cı ildə ailə qurub, həyat yoldaşı Zinişxanım öz şagirdi olub, özündən onüç yaş kiçikdir. Yeddi övladı var.
Allah rəhmət eləsin!
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 08-04-2024 20:57
Baxış sayı: 21 478Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























