Reklam

Sujetdəki ölüm və ya Sabir Yusifoğlunun üç nöqtələri
03-10-2022 11:41

Bu dünyada Tanrının süd dişindən gələn insanlar çox azdı.
Qəribədir, elə deyilmi? Ancaq azlığı qədər də tərcümeyi-halının pəncərələrini ağ vərəqlərə açmağı sevər o adamlar. O adamlar ki onların gözünün ən dərin yerinə çatanda Vətən sərhədlərini tərgidib gedər, Allah bütün dinləri, müharibələr silah səsini, təbiətsə edam kötüyünü. Elə məhz göy üzü də oradan cücərməyə başlayar, qanad da, yol da, pıçıltı da... Həmin o adamlardan idi Sabir Yusifoğlu. Payıza kürəyini çevirən, üzü rəssam fırçasında ilişib qalan Sabir Yusifoğlu! ...O pencəyinin astar üzünü heç bir fəsilə göstərməyəcək qədər bir ağ sirr...səsə enməyən not...gedilməyən uzaqlıq idi. Çünki həmişə çiyinlərini bir dirijor çubuqlarına söykəyərdi bir də gələcək zaman şəkilçilərinə. Axı, onun kimiləri üçün həyat yalnız qayığın suda qalan hissəsidir, canavar rəsmidir. Həm də bu baxımdan bir az da dəqiq desək, bu şəhərdə adını tanıyan hər kəsin ən gözəl ay işığı tənhalığı idi Sabir Yusifoğlu. Qaranlıqdan qopub, şəkillərə baş çəkib...və yenidən təngnəfəs qaranlığa qayıdan ay işığı tənhalığı! Axı, bəzən kimisi bu yer üzünə yalnız şəkillərə baş çəkmək üçün gələr. Gələr...və ömrünü gözlərinin qarşısında misqal-misqal yad dişlərə köçürdər! Hə, yad dişlərə - xatirə rəngli cığırlarda doğulan yad dişlərə!

Dalidag.az



Yazı axını
18 / 04 / 2025
18 / 04 / 2025
17 / 04 / 2025
17 / 04 / 2025
17 / 04 / 2025
16 / 04 / 2025
15 / 04 / 2025
14 / 04 / 2025
14 / 04 / 2025
14 / 04 / 2025
14 / 04 / 2025
13 / 04 / 2025
13 / 04 / 2025
12 / 04 / 2025
12 / 04 / 2025
11 / 04 / 2025
11 / 04 / 2025
10 / 04 / 2025
09 / 04 / 2025
09 / 04 / 2025
09 / 04 / 2025
Ən çox oxunanlar