Reklam
Bərgüşad çayı üzərində su anbarı tikiləcək
04-06-2026 11:30
Dalidag.az xəbər verir ki, bunu APA-ya Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşfiq Adıgözəlov deyib.
O vurğulayıb ki, Füzuli şəhərini su ilə təmin edən sistem bərpa olunub:
“Xaçınçay su anbarımız bərpa olunub. Şəhərlərin yeni su təchizatı sistemləri qurulur. Köç həyata keçirilən kəndlərdə, dövlət proqramına uyğun olaraq, demək olar ki, bütün yaşayış məntəqələrinin su təchizatı sistemləri ya yenidən qurulur, ya da mövcud sistemlər bərpa edilir”.
Müşfiq Adıgözəlov qeyd edib ki, hazırda Bərgüşad su anbarının tikintisi planlaşdırılır:
“Bizim Zabuxçay su anbarı tikilib istifadəyə verilib, yenidən qurulub. Bərgüşad su anbarının tikintisi də planlaşdırılır. Su anbarı Bərgüşad çayının üzərində yerləşir”.
Müşfiq Adıgözəlov əlavə edib ki, Qarabağda suvarma sistemlərimizdə qapalı suvarma sistemlərindən istifadə olunur:
“Demək olar ki, Qarabağda əsasən yeni texnologiyalar, pivot və damcı suvarma sistemləri tətbiq edilir. Çox az hissədə, əsasən kəndlər arasında açıq suvarma sistemlərindən istifadə olunur. Onlar da mərhələli şəkildə yeni suvarma sistemləri ilə əvəz edilir”.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 04-06-2026 11:30
Baxış sayı: 358Yazı axını
24 / 06 / 2026
23 / 06 / 2026
23 / 06 / 2026
22 / 06 / 2026
21 / 06 / 2026
19 / 06 / 2026
19 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
Ən çox oxunanlar





























