Bu gün elm və təhsil naziri Emin Əmrullayev Kəlbəcər rayonu B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbirində iştirak edib. Dalidag.az xəbər verir ki, nazir məktəbin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanı məzun olması münasibətilə təbrik edib, ona gələcək təhsil həyatında uğurlar arzulayıb. Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası istiqamətində görülən işlərdən, Kəlbəcərdə formalaşan yeni təhsil mühitindən danışılıb. Tədbir

Bu gün Kəlbəcər rayonunun Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbində 33 illik fasilədən sonra ilk dəfə "Son zəng" çalınıb. Azad Kəlbəcərdə keçirilən ilk "Son zəng" mərasimi rayonun təhsil tarixində əlamətdar hadisə kimi yadda qalıb. Dalidag.az xəbər verir ki, məktəbin XI sinfini bu il Nəzrin Atakişiyeva bitirib. Beləliklə, o, azad Kəlbəcərin ilk və yeganə məzunu kimi tarixə düşüb. İşğaldan azad olunmuş torpaqlarda həyatın bərpasının və təhsilin inkişafının rəmzi olan bu hadisə

Həyata yenicə atılan bir yeniyetmə niyə öz əli ilə öz işığını söndürsün? Niyə yaşamağa başlamadan ölümü seçsin? Niyə şirin canına qıysın bir körpə ana quzusu? Ürəyimi parçalayan, beynimi deşən bu cavabsız suallar bir yeniyetmənin intihar səbəbini araşdırmaqdan çox, ana hissiyyatı ilə içimdə ağrıyan ağısını susdurmaq cəhdidir. Axı biz çox ağlamışıq. Axı bizim şəhid dərdimiz var. Axı bu qədər dərdlərdən sonra övladlarımızın xoşbəxt olmasını istəyirik. Bəs niyə baş verir belə hadisələr? Niyə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 07 / 2026