Vasif Süleyman Dalidag.az Sevinc Qəribin təqdimatında Vasif Süleymanın şeirlərini təqdim edir: GƏLSİN Eşqin ayrılıqdan keçən yolu var, Keçimmi… ayrılıq havası gəlsin. Bu eşqə göylərdən fərman verilib, Tanrım, aç sirrini, mənası gəlsin. Bu ömrün sonudu - bu eşqin sonu, Əllərim alovun içində donur. Yerlərmi, göylərmi yaratmış onu, İnsan yaradıbsa... anası gəlsin. Gecə gördüyümü danışdım suya, Gözümə gəlməkdən usandı röya. Yandıra-yandıra gəlib dünyaya, Varmı məndən gözəl yanası... HƏR GECƏ BİR

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Laçın şəhərində hərbçilərin yürüşü keçirilib. Dalidag.az xəbər verir ki, hərbi yürüş Laçın şəhər mərkəzində yerləşən Bayraq meydanından başlayıb. Azərbaycan Ordusunun hərbi qulluqçuları hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrutlar üzrə yürüş edib. Vətəndaşlar hərbçilərin yürüşünü sevinc və qürur hissi ilə izləyiblər. Dalidag.az

Günel Natiq Dalidag.az Sevinc Qəribin təqdimatında Günel Natiqin hekayəsini təqdim edir: ON İKİ YOLÇU "Tarixdə bir gün: Vətən müharibəsinin 3-cü günündə Naxçıvandan Qarabağa on iki nəfərlik bir qrup yola düşdü. Bu günü çoxdan gözləyirdilər. Vətən də onları..." - "Şuşanın dağları, başı dumanlı..." - gizir Əlövsət asta səslə zümzümə etdi. - Görəsən, indi də o dağlarda duman gəzir? - Şuşanın dağları çox vaxt dumanlı olur, - mayor Danyeri dilləndi. - Çünki o dağlar dumanı özünə saxlayır...

Nüşabə Məmmədli 1981-ci ildir. Şəhərin adı Kirovabaddır. Ancaq şəhərin qərb tərəfində salınan qəsəbənin adı "Yeni Kirovabad" yox, "Yeni Gəncə" olur. Bilirsiniz, bu nə demək idi? Bu, keçmişdəki Gəncəyə sayğı, gələcəkdə Gəncə adının qaytarılması üçün ilk şüuraltı gediş sayıla bilərdi. Yəni "Gəncə" adının xalqın qəlbində yaşadığını sakit şəkildə, ikinci planda olsa da, vurğulamaq demək idi. 1981-ci ildə: Gəncədə birinci katib: Həsən Həsənov! Mərkəzi Komitənin birinci katibi: Heydər Əliyev! Gəncə

Xankəndi şəhərində 26 İyun– Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə hərbi yürüş təşkil olunub. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhərin mərkəzi küçələri boyunca təntənəli keçidi ilə başlayan yürüş, Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə keçirilib, vətənpərvərlik ruhunda musiqilər səsləndirilib. Hərbi yürüş

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. Dalidag.az xatırladır ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab
Yazı axını