Reklam
Gəncə adının bərpası uğrunda cəsarətli addım - Vüsal Hicran yazır
26-06-2026 10:33

Nüşabə Məmmədli
1981-ci ildir.
Şəhərin adı Kirovabaddır. Ancaq şəhərin qərb tərəfində salınan qəsəbənin adı "Yeni Kirovabad" yox, "Yeni Gəncə" olur.
Bilirsiniz, bu nə demək idi?
Bu, keçmişdəki Gəncəyə sayğı, gələcəkdə Gəncə adının qaytarılması üçün ilk şüuraltı gediş sayıla bilərdi. Yəni "Gəncə" adının xalqın qəlbində yaşadığını sakit şəkildə, ikinci planda olsa da, vurğulamaq demək idi.

1981-ci ildə:
Gəncədə birinci katib:
Həsən Həsənov!
Mərkəzi Komitənin birinci katibi:
Heydər Əliyev!
Gəncədə birinci katib:
Həsən Həsənov!
Mərkəzi Komitənin birinci katibi:
Heydər Əliyev!
Gəncə XVII əsrdə bir müddət Abbasabad, çarizm dövründə isə (1804–1918) Yelizavetpol adlanıb.
1918–22 fevral 1935 – Gəncə.
22 fevral 1935-ci ildən 1989-cu ilə qədər – Kirovabad.
1989-cu ildən sonsuzluğa qədər – GƏNCƏ!
1987-ci ilin 13 fevral günü!
Türkmənçay müqaviləsinin bağlandığı ayda!
Azərbaycan Jurnalistlərinin VII Qurultayı!

Gəncəli ziyalı, dramaturq, yazıçı, əməkdar jurnalist Nüşabə xanım Məmmədli qurultayda Gəncə adının özünə qaytarılması ideyası ilə çıxış edir.
Nüşabə xanım yazır:
"Fevralın 13-də Azərbaycan Jurnalistlərinin VII Qurultayında mənə söz veriləndə ayrı məsələ barəsində danışmalıydım. Amma fikirləşdim ki, əlimə belə tribuna bir daha düşməyəcək. Xalqımızı ağrıdan, məni çox narahat edən Gəncənin tarixi adının bərpa olunması barədə məsələni qaldırım. İlk dəfə mən böyük qurultayda bunu səsləndirdim."
Buna görə təqiblərə məruz qalsa da, Nüşabə xanım Gəncənin özü kimi vüqarlı, dəyanətli, əyilməz xarakteri ilə tarixə adını yazır!
Nüşabə xanımla Musa Yaquba həsr olunmuş verilişdə idik. Mən bilmədən verilişdə "Xalq şairi Musa Yaqub" demişdim. Xalqın əsl şairi olsa da, onda hələ bu fəxri ad ona rəsmi şəkildə verilməmişdi.

Aparıcı dedi ki, rəsmi ad olmadığı üçün bu cümləni dəyişək. Nüşabə xanım isə israr etdi ki, dəyişməyək və əlavə etdi:
"Əsl xalq şairi elə Musa Yaqubdur. O, çətin zamanlarda mənim cəsarətli mövqeyimi müdafiə etmişdi."
Bir neçə gün sonra Musa Yaquba "Xalq şairi" fəxri adı verildi.
Eşidib sevindik!
Ustad Qərib Mehdi deyirdi:
"Gəncə bir üzükdürsə, Nüşabə xanım onun qaşıdır!"
Sayğılarımla!

Vüsal Hicran
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 26-06-2026 10:33
Baxış sayı: 219Yazı axını
26 / 06 / 2026
26 / 06 / 2026
26 / 06 / 2026
25 / 06 / 2026
25 / 06 / 2026
24 / 06 / 2026
24 / 06 / 2026
24 / 06 / 2026
23 / 06 / 2026
23 / 06 / 2026
22 / 06 / 2026
21 / 06 / 2026
19 / 06 / 2026
19 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
17 / 06 / 2026
16 / 06 / 2026
Ən çox oxunanlar