Reklam
Xankəndidə hərbi yürüş keçirilir - FOTOLAR
26-06-2026 10:24
Xankəndi şəhərində 26 İyun– Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə hərbi yürüş təşkil olunub.Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhərin mərkəzi küçələri boyunca təntənəli keçidi ilə başlayan yürüş, Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə keçirilib, vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.
Hərbi yürüş şəhər sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb. Sakinlər əllərində Azərbaycan bayraqları ilə yürüş iştirakçılarını alqışlayaraq, onlara dəstək nümayiş etdiriblər.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları da yürüşə qatılaraq bayram ab-havasını bölüşüblər.
Xatırladaq ki, ötən il də Xankəndi şəhərində Silahlı Qüvvələr Günü münasibətilə hərbi yürüş keçirilmişdi. Bu tədbirlər Azərbaycan Ordusuna ehtiramın, milli həmrəyliyin və vətənpərvərlik ruhunun təntənəsinə çevrilib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 26-06-2026 10:24
Baxış sayı: 3219Yazı axını
06 / 11 / 2026
05 / 11 / 2026
04 / 11 / 2026
04 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
02 / 11 / 2026
02 / 11 / 2026
01 / 11 / 2026
31 / 10 / 2026
30 / 10 / 2026
30 / 10 / 2026
29 / 10 / 2026
28 / 10 / 2026
27 / 10 / 2026
26 / 10 / 2026
25 / 10 / 2026
25 / 10 / 2026
24 / 10 / 2026
23 / 10 / 2026
23 / 10 / 2026
Ən çox oxunanlar





























