Reklam
Professor Şahlar Əsgərov - 85
15-06-2026 11:37
Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sabiq sədri, professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şahlar Əsgərovun 85 yaşı tamam olur.Dalidag.az bildirir ki, Şahlar Qaçay oğlu Əsgərov 15 iyun 1941-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1958-1963-cü illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almış, bilik və bacarıqları nəzərə alınaraq təyinatla Universitetdə saxlanılmışdır. 1964-1967-ci illərdə Universitetin əyani aspirantı kimi Leninqrad Sabit Cərəyan İnstitutunda görkəmli alim prof. L.A.Senanın rəhbərliyi ilə fiziki elektronika sahəsində tədqiqatlar aparmışdır. Alimin bu istiqamətdə aldığı elmi nəticələr uzun illərdir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş şəkildə tətbiq olunur. Xüsusilə, ABŞ-ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA (National Aeronautics and Space Administration) və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitutu) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında alimin tədiqatlarından istifadə edirlər.
Ş.Əsgərov metal-yarımkeçirici kontaktları üçün qeyri-bircins model təklif etmiş və bu istiqamətdə onun aldığı nəticələr çoxsaylı elmi məqalələrdə və ixtiralarda əks olunmuş, monoqrafik ədəbiyyatda, xülasə məqalələrdə yer almışdır.
BDU-da elmi kadr hazırlığında fəal şəkildə iştirak edən alimin rəhbərliyi ilə indiyə qədər 20-dən çox dissertasiya işi müdafiə edilmişdir. Şahlar Əsgərov müxtəlif illərdə BDU-da müəllim, dosent, dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışmışdır.
Professor Şahlar Əsgərov həm də milli-mənəvi dəyərlər, dövlət və dövlətçilik, yeni düşüncə tərzi, təhsilin fəlsəfəsi kimi mühüm problemlərlə məşğul olur. Alimin bu problemlərlə bağlı yazdığı kitab və məqalələr ölkəmizdə və xaricdə çap edilmiş, elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
Şahlar Əsgərov ölkəmizin ictimai həyatında da fəal şəkildə iştirak edir. Məşhur 91-lərdən və Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. O, uzun müddət YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvü olmuşdur. Partiyanın 2021-ci ildə keçirilən qurultayında Şahlar Əsgərov YAP Veteranlar Şurasının üzvü seçilmişdir. Şahlar Əsgərov 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2000-2005-ci illərdə isə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri olmuşdur.
Professor Şahlar Əsgərovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, alim Əməkdar elm xadimi adına, “Şöhrət” ordeninə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüşdür.
Dalidag.az ailəsi olaraq görkəmli alim, ictimai xadim, professor Şahlar Əsgərovu 85 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, yaradıcılıq uğurları arzulayırıq.
Kateqoriya: Karusel
Tarix: 15-06-2026 11:37
Baxış sayı: 3100Yazı axını
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























