Reklam
Sülhməramlılar Qarabağdan onları da “apardılar”
20-04-2024 12:15

Rusiya sülhməramlılarının Qarabağdan çıxmasından sonra erməni əhalinin buraya qayıdıb-qayıtmayacağı müzakirə mövzusudur. Bəzi ekspertlər bildirirlər ki, rus sülhməramlıları Qarabağdan çıxmaqla ermənilərin əraziyə qayıdış ehtimalını da özləri ilə “apardılar”.
Maraqlıdır, ermənilərin Qarabağa qayıtması perspektivi birdəfəlik qapandımı?
Dalidag.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, Prezident İlham Əliyev Qarabağın erməni sakinlərinin Azərbaycan vətəndaşlığını qəbul edərək əraziyə qayıda biləcəyini dəfələrlə vurğulayıb:
“Bu halda rəsmi Bakı onların hüquqlarını müdafiə etməyə daim hazırdır. Sadəcə, iki ölkə arasında etimadın lazımi səviyyədə olmaması, Ermənistan daxilində revanşist ideyaların mövcudluğu, revanşistlərin Qarabağ ermənilərini qızışdırması prosesə əngəl törədən nüanslardır”.
Politoloq bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanarsa, sərhədlər açılarsa, kommunikasiyalar bərpa olunarsa, Qarabağ erməniləri geri qayıda bilər:
“İki ölkə arasında inteqrasiya qarşılıqlı etimadın yaranmasına səbəb olacaq. Tarixdə müharibə edib daha sonra barışan xalqlar var. Düşünürəm ki, Cənubi Qafqazda da bu barışığı əldə etmək mümkündür. Rəsmi İrəvan və erməni ictimaiyyəti sağlam mövqe ortaya qoysa, sülhə nail olmaq mümkün olacaq. Çünki Azərbaycan konstruktiv mövqe sərgiləyir və sülh gündəliyinə sadiqdir.
Bununla belə, ermənilər Qarabağı könüllü tərk ediblər və qayıtma prosesləri də bu prinsip əsasında olmalıdır. Yəni onlar ümumiyyətlə qayıtmaya da bilərlər.
Dalidağ.az
Kateqoriya: Qarabağ
Tarix: 20-04-2024 12:15
Baxış sayı: 3592Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















