Cavid Fərzəli Namiq Dəlidağlıya Harda bir kədər yansa, gözlərini unudan adam, salam. Darısqal güzgülərdə unudulan, küçələrin ürəyində doğulan. Şəkil də sən, divar da, qapısı bağlanan bir işıqsan. Pəncərə də sən, gecəyə söykənən küçə işığı da. Bir addım səsindən, bir addım şəklindən qaçan. Salam, addımlarında itən, gözlərinə doğulan adam.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Dalidag.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 60 nəfərdən ibarət 9 ailə, Xocalı şəhərinə 78 nəfərdən ibarət 17 ailə, Xocavənd şəhərinə isə 55 nəfərdən ibarət 16 ailə bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Beləliklə, növbəti mərhələdə ümumilikdə 193 nəfərdən ibarət 42 ailə doğma yurdlarına qayıdır. Geri qayıdan ailələr

Zaman axıb gedir. Günlərə, aylara, illərə bölünən bu zamanın içindən bir ömür keçir. Ömür dediyimiz nəsnə insanoğlunun həyata, yaşamağa sığdırdığımız zaman toplusuna verdiyi addır. Və bu toplunu həqiqi bir ömür kimi yaşamaq hər kəsə nəsib olmur. Kimlərsə sadəcə dünyaya gəlir və gedir. Başqa biriləri xüsusi missiya ilə gəlir və mütləq bir iz qoyur. Bu, Tanrı tərəfindən seçilməkdir. Müxtəlif peşə, sənət sahibləri, elm adamları həmin seçilmişlər sırasında yer alır. Ayrı-ayrı sahələrdə boy

İrəvan meriyasına şəhərlə bağlı yayımlanan videolarda Ağrı dağının görünməməsi barədə tapşırıq verildiyi iddia olunur. Dalidag.az xəbər verir ki, bu barədə barədə Ermənistan mediası məlumat yayıb. İddiaya görə, Ağrı dağının göründüyü kadrlar aşkarlandıqda aidiyyəti qurumlardan videonu silmək və həmin görüntülər olmadan yenidən paylaşmaq tələb edilir. Bu Baş nazir Nikol Paşinyanın Ermənistan üçün Ararat deyil, Araqats dağını önə çəkən açıqlamaları ilə əlaqələndirilir. Eyni zamanda, Ermənistan

“Ermənistan və Azərbaycan arasında anklavlar məsələsi sərhədlərin delimitasiyası prosesi çərçivəsində həll olunacaq”. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistanın delimitasiya komissiyasının rəhbəri, baş nazirin müavini Mqer Qriqoryanın ofisindən Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirilib. “Ermənistan-Azərbaycan dövlət sərhədinin ayrı-ayrı hissələrinin, o cümlədən anklav və eksklavlarla bağlı işlər “Azərbaycan Respublikası ilə

Adını əzəmətli Dəlidağdan götürdük. Uca olsun, ucalıqlara qovuşsun deyə. Hədəfimiz təkcə çətinlikləri aşıb zirvəyə çatmaq deyildi. Həm dağın adını yaşadaq dedik, həm də sözüylə, əməliylə elə Dəlidağ qədər ucalığa layiq insanlarımızın yoluna işıq salmaq istədik. 7 il əvvəl məhz sentyabrın 29-da dəyərli ziyalı, peşəkar jurnalist Namiq Dəlidağlı sanki yurd həsrətini az da olsa ovutmaq üçün Dalidag.az saytını təsis etdi və biz yenə az tərkibli komandayla böyük işlər görmək amalıyla işə başladıq.

İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində mina partlayışı hadisəsi baş verib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin Mətbuat Xidmətləri məlumat yayıb. Bildirilib ki, 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Bayramov Bəxtiyar Mirzə oğlunun keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə idarə etdiyi avtomobil tank əleyhinə minaya düşüb. Hadisə zamanı o, müxtəlif dərəcəli bədən

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. Dalidag.az xəbər verir ki, bu sözləri bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professor bildirib ki, ötən gün bir qrup erməni deputat Kərki kəndinə səfər edərək orada yaşayan əhaliyə mənfi yöndə istiqamət verməyə çalışıb: “Onlar erməni əhali arasında təbliğat aparıblar ki, hakimiyyət bu kəndi Azərbaycana təhvil verəcək, amma narahat olmasınlar, buna imkan

Kəmalə Paşayeva bacısı, mərhum deputat Qənirə Paşayeva ilə bağlı paylaşım edib. Dalidag.az paylaşımı təqdim edir: “Əziz bacım, bu gün sənsiz keçən üç il tamam olur. Düz üç il əvvəl bu gün həyat dayanmadı... Günəş yenidən doğdu, insanlar danışmağa davam etdi və küçələr yenə insanlarla qaynadı. Həyat başqaları üçün davam edirdi. Amma mənim dünyamda əbədi olaraq bir şey əskik qaldı: sən. İnsan sevdiyi birini itirəndə zamanın ağrını yüngülləşdirəcəyinə inanmaq istəyir. Lakin mən öyrəndim ki, bəzi

Kəlbəcərdə Anım Gününə həsr olunmuş “27 Sentyabr: Əbədi yaddaş, əbədi ehtiram” mövzusunda dəyirmi masa keçirilib. Dalidag.az -ın xəbərinə görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Dəyirmi masada çıxış edənlər Müzəffər Ali Baş Komandan, Azərbaycan
Yazı axını