Bu tip mənzillərin sayı çox deyil. Xüsusən söhbət yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan mənzillərdən gedir. Bu evlərin böyük bir qismi əvvəlki illərdə inşa edilmiş köhnə tikililərdə yerləşir. Dalidag.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, burada əhatə olunan kateqoriyalar da kifayət qədər məhduddur: "Söhbət əsasən birinci qrup əlilliyi olan şəxslərdən, şəhid ailələrindən və

Arif Ərşad Dalidag.az Sevinc Qəribin təqdimatında Arif Ərşadın hekayəsini təqdim edir. YANLIŞ ZƏNG G özüm səssiz işləyən televizor ekranına zillənsə də, xəyallarım uzaqlarda dolaşırdı. İçimdə qəribə bir narahatçılıq vardı. Birdən telefonun qəfil çalan səsi süst düşmüş bir günün sakitliyini yarıb keçdi. Elə bil illərlə toxunulmamış köhnə bir qapı gözlənilmədən arxadan çırpılmışdı. Diksindim. Stulda yarıyuxulu oturmuşdum; başımda dolaşan ağır xatirələr sanki bir anda dağıldı. Telefonun ekranına

Dövlət Turizm Agentliyi Kəlbəcərdə dağ kurortunun layihələndirilməsinə 500 min manatdan çox vəsait ayırır. Dalidag.az xəbər verir ki, Kəlbəcər Dağ Kurort Turizm Mərkəzinin yaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması (1-ci mərhələ) xidmətlərinin satınalınması yekunlaşıb. Aparılan satınalma prosedurlarının nəticəsinə əsasən, qalib şirkət “Archico Project” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin ümumi məbləği 503 860 manat təşkil edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Kəlbəcər rayonunda vətəndaşların müraciətlərini dinləyəcək. Dalidag.az xəbər verir ki, görüş sentyabrın 11-də saat 11:00-da Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə keçiriləcək.

Kəlbəcərin İstisu ərazisində isti mineral sularda çimməyə icazə verilib-verilməməsi, bunun üçün xüsusi razılıq və ödənişin tələb olunub-olunmaması maraq doğurur. Dalidag.az xəbər verir ki, sosial şəbəkələrdəki paylaşımlar İstisunun mineral bulaqlarından istifadə qaydaları ilə bağlı müzakirələrə səbəb olub. Vətəndaşları əsasən əraziyə giriş üçün əvvəlcədən qeydiyyat və ya xüsusi icazənin tələb edilib-edilməməsi, eləcə də çimməyin ödənişli olub-olmaması maraqlandırır. Məsələyə aydınlıq gətirmək

Kəlbəcərin dağlıq ərazilərində itkin düşmüş şəxslərlə bağlı operativ-axtarış tədbirlərinin işıqlandırılması davam etdilir. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, Murovdağ istiqamətində itkin düşmüş şəxslərlə bağlı sahə üzrə axtarış və yoxlama tədbirləri xüsusilə mürəkkəb şəraitdə həyata keçirilir. “Sıx duman, soyuq hava, sıldırım

Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy baş tutub. Dalidag.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Bildirilib ki, bəy Sərdar Ramazanov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, müharibə zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Toy mərasiminə qatılan kənd sakinləri və müxtəlif bölgələrdən gələn qonaqlar, gənc ailəyə xeyir-dua verərək,

Bu gün Ağdam şəhərinə növbəti köç olub. Dalidag.az xəbər verir ki, bu mərhələdə şəhərə 362 nəfərdən ibarət 117 ailə köçürülüb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən

1940-ci ildə İrəvan şəhərindəki Matendaran qədim əlyazmalar muzeyində çalışan Şabanov soyadlı bir əməkdaş № 43 fars əlyazmaları bölməsində Nizami Gəncəviyə məxsus əsərləri aşkar edir: - "Xəmsə", fars dilində, 1560-cı ildə Persiyada Əbdül Əli Seyfi İbn Abdullah tərəfindən köçürülüb (Fars əlyazmaları № 43). - "Yeddi gözəl", fars dilində, 1700-cü ildə köçürülüb. Köçürən naməlumdur (Fars əlyazmaları № 57). - "Nizami qəzəli", Azərbaycan dilində, cəmi 12 sətir. Bu qəzəl Matenadaran direktoru
Yazı axını