Reklam
“İstisu” zavodunun yanındakı bulağın suyunu kim kəsib? - Video
06-09-2026 16:16
Prezident tərifləyəndən sonra “İstisu” zavodunun yanındakı bulağın suyunu kəsiblər.Dalidag.az xəbər verirki, bu barədə məlumat Kəlbəcərdə çəkilən və sosial şəbəkələrdə yayılan videoda öz əksini tapıb. Görüntüdə sakin “İstisu” zavodunun yaxınlığında insanların əvvəllər sərbəst istifadə etdiyi mineral su çıxışının yığışdırıldığını bildirib.
Bundan bir neçə gün əvvəl - avqustun 31-də Bişkekdə Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiyana Kəlbəcərdə istehsal olunan “İstisu”nu təqdim edərək, “Azərbaycan suyundan iç” demişdi. “İstisu” isə sıradan özəl brend deyil.
“Mikroskop Media”nın araşdırmasına görə, zavodun rəsmi adı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “İstisu” Mineral Su Zavodu ASC-dir. Müəssisə Prezidentin İşlər İdarəsinin tabeliyində fəaliyyət göstərir. İstisuda mineral su istehsalına hələ 1976-cı ildə başlanılıb. Təxminən 30 illik fasilədən sonra istehsal bərpa olunub və yeni zavod 2024-cü ildə İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə açılıb. Zavodun illik istehsal gücünün 100 milyon şüşədən çox olduğu bildirilir. Videonun yayılmasından sonra Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bildirib ki, vətəndaşlar İstisunun termal sularından sərbəst və ödənişsiz istifadə edə bilərlər, bunun üçün xüsusi icazə tələb olunmur. Amma açıqlamada əsas sual cavabsız qalıb: sakinlərin istifadə etdiyi həmin su çıxışı kim və niyə bağlayıb?
Dalidag.az
]
Kateqoriya: Kəlbəcər
Tarix: 06-09-2026 16:16
Baxış sayı: 3264Yazı axını
17 / 10 / 2026
17 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
15 / 10 / 2026
14 / 10 / 2026
14 / 10 / 2026
13 / 10 / 2026
13 / 10 / 2026
12 / 10 / 2026
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
Ən çox oxunanlar




























