Nadir Məmmədli Dalidag.az Sevinc Qəribin təqdimatında Nadir Məmmədlinin şeirlərini təqdim edir: *** Sən necə keçib gəldin lənətli qapıları?! Qırxıncı otağın da tilsimləri çözülmüş. Baxışlarına təslim inadımın açarı- Durub gülümsəyirsən.Yenilmək də gözəlmiş... Mən torana erişdim, gerisi ahü zarlıq, Sən sevgilər selində süslənən bir səhərsən, Mən bayquşları köçmüş qocaman bir məzarlıq, Sən sümüklərim üstə yüksələn bir şəhərsən! Qaranlıq gecələrdə çinarlarla danışar Küləklərin dilində, eşit bu

AZCON Holding şirkətlərindən olan Azərkosmosun təşəbbüsü nəticəsində beynəlxalq peyk məlumatları və analitika şirkəti “EOS Data Analytics”in təqdim etdiyi Qarabağ ərazisini əhatə edən baza xəritəsi yenilənib. Dalidag.az bu barədə "Azərkosmos"a istinadən xəbər verir. Belə ki, Azərkosmos komandası baza xəritəsində aktual olmayan yaşayış məntəqəsi adlarını müəyyən edərək “EOS Data Analytics” komandasına müraciət edib. Müraciət zamanı Azərbaycanın rəsmi Açıq Məlumatlar Portalında (Opendata.az) dərc

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat prosesi 2 sentyabr saat 18:00-dək davam edəcək. Dalidag.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Xatırladaq ki, qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim

Zərraf Təhməzoğlu Dalidag.az Sevinc Qəribin təqdimatında Zərraf Təhməzoğlunun şeirlərini təqdim edir: ÖPƏSƏN GƏRƏK Dağlara dost olub, yurda köçəsən, Çölündən, düzündən öpəsən gərək. İstəyirsən bulaqdan su içəsən, Əyilib gözündən öpəsən gərək. Yaylaqlara haylayasan elləri, Çiçək aça həsrətinin gülləri. Gedib seyr edəsən Alagölləri Qarından, buzundan öpəsən gərək. Minlərlə şəhid var, cismi donan var… Bu hikməti anlayan var, qanan var. Kəlbəcərdə çox söz üstə yanan var, Ənvərin sözündən öpəsən

Bu gün Türkiyədə ölkənin ən önəmli günlərindən biri 30 Avqust - Zəfər Bayramı qeyd olunur. Dalidag.az xəbər verir ki, 1922-ci ilin avqustun 26-da başlayan "Baş komandanlıq meydan müharibəsi" həmin il avqustun 30-da Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandirliyi ilə qələbə ilə nəticələnib. Türkiyə ordusu bu qələbə sayəsində işğalçı orduların ölkə hüdudlarından kənara çıxarılmasına nail olub. Bu tarix 1926-cı ildən etibarən Türkiyədə Zəfər Bayramı olaraq qeyd olunur. Dalidag.az

Kəlbəcər ədəbi mühitinə ağır itki üz verib. Dalidag.az xəbər verir ki, şair Uğurlu Xəlilov dünən Gəncə şəhərində vəfat edib. Bu barədə jurnalist Jalə Nağıyeva məlumat verib. Qeyd edək ki, Uğurlu Xəlilov 1938-ci ildə Kəlbəcər rayonunun Qamışlı kəndində anadan olub.1993-cü ildə Kəlbəcər rayonunun işğalından sonra o da digər həmyerliləri kimi yurdundan didərgin düşmüş, vətən həsrəti yaradıcılığının əsas mövzularından birinə çevrilmişdir. Allah rəhmət eləsin! Sevinc Dalidag.az

Kəlbəcər rayon mərkəzinə intensiv leysan yağışla bərabər 10–12 mm, İstisu qəsəbəsi və Alagöllər ərazisinə isə 15–20 mm diametrində dolu yağıb. Dalidag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Xidmətin avqustun 28-i saat 15:30-a olan məlumatına əsasən, Kəlbəcər rayon mərkəzinə saat 14:42–14:55 radələrində intensiv leysan yağışla bərabər, diametri 10–12 mm olan dolu yağıb. Rayonun İstisu qəsəbəsi və Alagöllər ərazisinə isə saat 15:02–15:16 radələrində diametri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Kəlbəcər şəhərində vətəndaşları qəbul edib. Bu barədə nazirlikdən məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 28 avqust 2026-cı il tarixində Kəlbəcər şəhərində yerləşən B.Cəfərov adına 1 nömrəli tam orta məktəbin binasında Kəlbəcər və

Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək. Dalidag.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib. Bildirilib ki, bu tutulma Qismən Ay tutulması olacaq. Yəni Yerin Kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitinin kəsişmə nöqtəsinə tam düşmədiyi halda baş verir. Ayın orbit müstəvisi Yerin orbit müstəvisi ilə cəmi 5°-lik bucaq əmələ gətirir. Bu bucaq çox böyük olmadığı üçün Ay hər ay Yer ilə Günəş

Qarabağ Universitetində İstanbul Texniki Universiteti (İTU) nəzdində akademik bölmələr yaradılacaq. Dalidag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Rəsmi qəzetə"də yayımlanıb. Qeyd edək ki, 2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində İTU ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start verilib. Dalidag.az
Yazı axını