Reklam

Kəlbəcər və Laçın arasında məsafə 31,98 kilometr qısalacaq. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, mürəkkəb dağlıq relyefdə inşa olunan 75,8 kilometrlik Kəlbəcər–Laçın avtomobil yolu I–II texniki dərəcəli, 2–4 hərəkət zolaqlı olacaq. Layihə çərçivəsində 17 tunel, 7 viaduk, 14 körpü və 212 suötürücü keçid inşa olunur. Ümumi uzunluğu 13 kilometrdən çox olan tunellərin hamısında qazma, 12-də isə betonlama işləri

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və ekspertiza işləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilən şəhid Məmmədov Cümşüd Həsənxan oğlunun nəşinin qalıqları doğma torpağına gətirilərək Laçın şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Dalidag.az -ın xəbərinə görə, əvvəlcə itkin şəhidlə vida mərasimi keçirilib. Din xadimlərinin iştirakı ilə şəhidin ruhuna dualar oxunub, cənazə namazı qılınıb. 2026-cı il 21 avqust tarixdə Laçın şəhərində keçirilən mərasimdə şəhidin ailə üzvləri,

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Tərtər rayonu, Şıxarx qəsəbəsində yerləşən Kəlbəcər rayon 34 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-in məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak etmişdir. RİH

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir. Dalidag.az xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə (36 nəfər), Xocalı rayonunun Badara kəndinə 5 ailə (13 nəfər), Xanyurdu kəndinə 4 ailə (10 nəfər), Xanabad kəndinə 8 ailə (31 nəfər), Ballıca kəndinə 3 ailə (8 nəfər), Təzəbinə kəndinə 14 ailə (71 nəfər), Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə (36 nəfər), Həsənriz kəndinə 6 ailə (30

Ötərxan Eltac Dalidag.az Sevinc Qəribin təqdimatında Ötərxan Eltacın şeirlərini təqdim edir: ÇİÇƏK İNCİYƏR Asta gəz, tapdama, incitmə, əzmə Çəmən fəğan edər, çiçək inciyər. Kövrəkdi, zərifdi, dəymə qəlbinə Əl atıb qoparma, ləçək inciyər. Oyan, ətrini duy Günəşdən erkən Diz qatla, əyil öp, üzmə kökündən Ayırma dağları çiçək yükündən Arı nalə çəkər, böcək inciyər. Yerdə turac süzər, səmada qartal Kim görsə heyrətdən nitqi olar lal Sinəsi yamyaşıl, başında ağ şal Əgər yaşmanmasa birçək inciyər.

Əlövsət Saldaş Dalidag.az Sevinc Qəribin təqdimatında Əlövsət Saldaşın şeirlərini təqdim edir: GETDİ Gündə neçə dəfə halım qarışdı, Bildim, qalan yolum bircə qarışdı. Qamətim əyildi, üzüm qırışdı, Pozuldu İlahi naxış da, getdi... Nənəmnən huşumda nağıl qalmışdı, Dürüst yadımdaydı, mağıl qalmışdı. Başımda bir qırıx ağıl qalmışdı, Qoşuldu, o xumar baxışda getdi. Uydum bu dünyada yalan nə varsa, Oldu ümidlərim talan, nə varsa... Gənclik illərimdən qalan nə varsa, Qərq oldu sellərə, yağışda

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq. Dalidag.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Rəsmi məlumata görə, Birinci Qarabağ müharibəsində itkin düşən və sonradan nəşi tapılaraq şəxsiyyəti müəyyənləşdirilən Məmmədov Çümşüd Həsənxan oğlu, İsmayılov Sərdar Cəfər oğlu, Məhərrəmov Vaqif Mənsim oğlu, Nərimanov Mürşüd Nadir oğlu və Qurbanov Akif Cəbrayıl oğlu avqustun 21-də dəfn ediləcəklər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır. Dalidag.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, abituriyentlər bu gün saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. "Bu gün saat 09:45-ə olan məlumata əsasən, 81255 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini

Rəna Təbəssüm Dalidag.az Sevinc Qərinin təqdimatında Rəna Təbəssümün hekayəsini təqdim edir: YAŞAYAN SEVGİ Dərs ili başa çatırdı. Məktəbdə son zəng gününə hazırlıq işləri görülürdü. Dilruba bu günü səbirsizliklə gözləyirdi. Sinifdəki qızlarla çox da yaxınlıq etməyən bu qızın bütün sirlərini təkcə rəfiqəsi Əfsər bilirdi. Aralarında böyük inam və etibar olan yeniyetmə qızlar artıq müstəqil həyata qədəm qoyurdular. Hərəsi bir istək və sonsuz arzularla yaşayır, xəyalların qanadında zirvələrdə uçur

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Kürdəmir rayonunda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Kürdəmir, Ucar və Göyçay rayonları üzrə Mənzil Kommunal İstismar Sahəsinin inzibati binasında həmin ərazidə yaşayan sakinlərlə səyyar görüş qəbulu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə
Yazı axını
07 / 09 / 2026
05 / 09 / 2026
04 / 09 / 2026
04 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
02 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
31 / 08 / 2026
31 / 08 / 2026
30 / 08 / 2026
30 / 08 / 2026
29 / 08 / 2026
28 / 08 / 2026
28 / 08 / 2026
27 / 08 / 2026
27 / 08 / 2026
26 / 08 / 2026
24 / 08 / 2026
Ən çox oxunanlar




























