Reklam
Azər Qocayev Kürdəmirdə məskunlaşan kəlbəcərlilərlə görüşüb - Fotolar
18-08-2026 15:30
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Kürdəmir rayonunda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Kürdəmir, Ucar və Göyçay rayonları üzrə Mənzil Kommunal İstismar Sahəsinin inzibati binasında həmin ərazidə yaşayan sakinlərlə səyyar görüş qəbulu keçirib.Dalidag.az-ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib.
RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin düşmənə ağ bayraq qaldırtdıraraq qondarma dövlət qurumlarının ləğvinə, ərazi bütövlüyümüzün tam bərpasına səbəb olan lokal antiterror əməliyyatından, eləcədə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açıb.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırıblar.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib.
Vətəndaşlar səyyar qəbulun keçirilməsinə və müraciətlərinə göstərilən diqqət və qaygıya görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Dalidag.az








Kateqoriya: Kəlbəcər
Tarix: 18-08-2026 15:30
Baxış sayı: 382Yazı axını
18 / 08 / 2026
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























