Reklam
İtkin-şəhid Cümşüd Məmmədov Laçında dəfn olunub - Fotolar
21-08-2026 17:30
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və ekspertiza işləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilən şəhid Məmmədov Cümşüd Həsənxan oğlunun nəşinin qalıqları doğma torpağına gətirilərək Laçın şəhərində Şəhidlər xiyabanında dəfn olunub.Dalidag.az-ın xəbərinə görə, əvvəlcə itkin şəhidlə vida mərasimi keçirilib. Din xadimlərinin iştirakı ilə şəhidin ruhuna dualar oxunub, cənazə namazı qılınıb. 2026-cı il 21 avqust tarixdə Laçın şəhərində keçirilən mərasimdə şəhidin ailə üzvləri, doğmaları, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Laçın rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, hərbçilər, müharibə veteranları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər Vətən uğrunda canından keçən igidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu, onların qanının yerdə qalmadığını və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın azad olunması sayəsində şəhidlərimizin ruhunun şad olduğunu vurğulayıblar.
Vida mərasimindən sonra şəhidin cənazəsi Laçın Şəhər Şəhidlər xiyabanına gətirilib. Cümşüd Məmmədov hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və yaylım atəşinin müşayiəti ilə hərbi ənənələrə uyğun olaraq torpağa tapşırılıb.
Cümşüd Məmmədov 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ildə Laçın rayonunun Zabux kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Cümşüd Məmmədov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan şəhidlərdən biridir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Dalidag.az









Kateqoriya: Sosium
Tarix: 21-08-2026 17:30
Baxış sayı: 351Yazı axını
21 / 08 / 2026
20 / 08 / 2026
19 / 08 / 2026
19 / 08 / 2026
19 / 08 / 2026
18 / 08 / 2026
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
Ən çox oxunanlar




























