Reklam
Kolleclərə qeydiyyat müddəti uzadıldı
31-08-2026 14:03
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat prosesi 2 sentyabr saat 18:00-dək davam edəcək.Dalidag.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Xatırladaq ki, qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Bildirilib ki, tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır, şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər və 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA Rəqəmsal İmza" ilə açmalıdırlar.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 31-08-2026 14:03
Baxış sayı: 334Yazı axını
05 / 09 / 2026
04 / 09 / 2026
04 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
02 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
31 / 08 / 2026
31 / 08 / 2026
30 / 08 / 2026
30 / 08 / 2026
29 / 08 / 2026
28 / 08 / 2026
28 / 08 / 2026
27 / 08 / 2026
27 / 08 / 2026
26 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
Ən çox oxunanlar




























