Kəlbəcər rayonunun Zar kəndində tikinti işləri yekunlaşmaq üzrədir və yaxın zamanda kəndə köçün başlanması nəzərdə tutulur. Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Zar kəndində 547 fərdi ev, 100 yerlik uşaq bağçası və 528 şagird yerlik məktəb inşa edilib. Bəşir Hacıyev diqqətə çatdırıb ki, tikinti işləri tam başa çatdıqdan sonra kəndə köç prosesi həyata keçiriləcək:

Kəlbəcər şəhərində üç yeni yaşayış məhəlləsinin tikintisinə gələn il başlanılması nəzərdə tutulur. Dalidag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib. O bildirib ki, hazırda layihələr yekunlaşaraq ekspertiza mərhələsindədir. Qeyd olunub ki, ikinci yaşayış məhəlləsi 182, üçüncü yaşayış məhəlləsi 476, dördüncü yaşayış məhəlləsi isə 870 mənzildən ibarət olacaq. Bəşir Hacıyev deyib ki, yaşayış

Bu gün həmyerlimiz, tanınmış ziyalı, Kəlbəcərdə və Bakıda müxtəlif məsul vəzifələrdə çalışmış Əli Kazımovun həyat yoldaşı Həqiqət Qaçay qızı vəfat edib. Qeyd edək ki, Həqiqət müəllim professor, ictimai xadim Şahlar Əsgərovun bacısıdır. Dalidag.az ailəsi olaraq dəyərli Şahlar müəllimə, Sübhi Kazımova və mərhumun digər doğmalarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin! Mərhumun "3" və "7" mərasimi sentyabrın 14-də Bakıda İmam Əli (ə) məscidində keçiriləcək. Dalidag.az

Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri davam edir. Dalidag.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə işğaldan azad edilmiş ərazilərə səfərinin ilk günü ilə bağlı videoçarx paylaşıb. Onun sözlərinə görə, hazırda xarici diplomatlar Ağdərə və Kəlbəcər istiqamətində səfərini davam etdirir. Qeyd edək ki, səfərin ilk günündə xarici
Yazı axını