Bu gün həmyerlimiz, tanınmış ziyalı, Kəlbəcərdə və Bakıda müxtəlif məsul vəzifələrdə çalışmış Əli Kazımovun həyat yoldaşı Həqiqət Qaçay qızı vəfat edib. Qeyd edək ki, Həqiqət müəllim professor, ictimai xadim Şahlar Əsgərovun bacısıdır. Dalidag.az ailəsi olaraq dəyərli Şahlar müəllimə, Sübhi Kazımova və mərhumun digər doğmalarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin! Mərhumun "3" və "7" mərasimi sentyabrın 14-də Bakıda İmam Əli (ə) məscidində keçiriləcək. Dalidag.az

Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri davam edir. Dalidag.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə işğaldan azad edilmiş ərazilərə səfərinin ilk günü ilə bağlı videoçarx paylaşıb. Onun sözlərinə görə, hazırda xarici diplomatlar Ağdərə və Kəlbəcər istiqamətində səfərini davam etdirir. Qeyd edək ki, səfərin ilk günündə xarici

Fərid Muradzadə MƏLƏK Hardasan axı, hardasan Qorxulan, hürkülən mələk? Ey ağ atda, ağ libasda, Hamıya görünən mələk! Can alansan deyə-deyə, Hamı düşür vahiməyə, Yeddidən yetmiş yeddiyə, İnsanlar çəkinən mələk! Bir anlıq vəhmdən sonra, Əzabdan, zülümdən sonra, Sanıram, ölümdən sonra, Hamıya sevilən mələk! * * * Bəlkə də yalandır olub-keçənlər, Bir şirin yuxudur, dünən görmüsən. İsladıb illəri göz yaşı ilə, Ömrün divarına necə hörmüsən? Saqif Qaratorpaq Bəlkə də yalanmış bu yaşananlar, Bəlkə də

Sentyabrın 11-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb. Dalidag.az xəbər verir ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir. Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin

Sentyabrın 10-da Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayon üzrə qəbul imtahanlarında 600 -dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş məzunlarla görüşüb. Dalidag.az xəbər verir ki, görüş zamanı 2025–2026-cı tədris ili üzrə Kəlbəcər təhsil sahəsində əldə olunan nəticələrdən söz açılıb. Bildirilib ki, yüksək göstəricilər şagirdlərin məqsədyönlü hazırlığı, müəllimlərin fədakar əməyi, valideynlərin dəstəyi və ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Cəbrayıl rayonun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb. Dalidag.az xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 25 ailə - 154 nəfər köçürülür. Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Əyyub Cabbarov Dalidag.az Sevinc Qəribin təqdimatında Əyyub Cabbarovun şeirlərini təqdim edir: SƏN Deyirsən ki, həmən mənəm, yaxın gəl, Bu gün sən deyilsən, o dünənki sən. Məni dəyişəndən dünya varına, Silindin qəlbimdən o gündən ki sən. Dövlət əl çirkidi, bir zaman gələr, Bir xalnan yox olar, bir xalnan gələr, Xoşbəxtlik ağılnan, kamalnan gələr, Onu itirmisən əlinnən ki, sən. Gəl səni qaytarım bir ötən günə, O gün ki, səni də saldı düyünə, Tutdum əllərindən, yalvardım sənə, Ayrılaq söylədin

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçirilib. Dalidag.az xəbər verir ki, aktiv məşğulluq tədbirində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov da iştirak ediblər. Yarmarkada işaxtaran şəxslərə dövlət və özəl sektoru təmsil edən 16 müəssisə tərəfindən mühəndis-energetik, böyük

Kəlbəcərin bərpası yalnız yeni binaların və infrastrukturun yaradılması ilə məhdudlaşmır. Rayonun əsl dirçəlişi insanların burada yaşaması, işləməsi və gələcəyini doğma torpaqlarında qurması ilə tamamlanır. Dalidag.az xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev rayonda keçirilən əmək yarmarkasında çıxışı zamanı bildirib. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və burada dayanıqlı məskunlaşmanın təmin edilməsi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ölkə ərazisində 21 avqust – 21 sentyabr tarixlərində elan olunmuş “Sülh aylığı” çərçivəsində Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sülh naminə birlik və həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib. Dalidag.az -ın xəbərinə görə, tədbirdə Kəlbəcər RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Heydər Bəylərov, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının
Yazı axını