Reklam

Tiqranaşendə (Kərki - red.) olarkən Şurnuxuda baş verənlər yadıma düşdü. Dalidag.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Güclü Ermənistan” fraksiyasının deputatı Anuş Mirzoyan deyib. O bildirib ki, Şurnuxunun yarısı Azərbaycana təhvil verildisə, deməli, yekunda Kərki də qaytarılacaq: “Şurnuxuda 10-dan çox evin damına Azərbaycan bayrağı sancılıb. Biz kəndin başındayıq, aşağısında isə Azərbaycan lövhəsi var. O vaxt hökumət nümayəndələri “döyüş olmasın deyə, bu ərazini verməliyik”, –

Gəncə şəhərində kəlbəcərli məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbədə təhsil alan şagirdlərin iştirakı ilə Böyük Qayıdışa həsr olunmuş fləşmob keçirilib. Dalidag.az xəbər verir ki, məktəblilər Qarabağda təhsil almaq arzularını və qayıdış sevincini ifadə edən sloqanlar səsləndiriblər. Fləşmobun sonunda məktəblilər “Təhsilimizlə qayıdırıq!” şüarını səsləndirərək, doğma Kəlbəcərə qayıtmağa və orada təhsillərini davam etdirməyə hazır olduqlarını nümayiş etdiriblər. Dalidag.az

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dalidag.az xəbər verir ki, Xocavənd rayonunun Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavənd şəhərinə 33 ailə – 135 nəfər, Qırmızı Bazar qəsəbəsinə 9 ailə – 44 nəfər, Quzeyxırman kəndinə isə 8 ailə – 41

Bu gün Azərbaycanda Bilik Günüdür. Dalidag.az xəbər verir ki, bu əlamətdar gün Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən təsis edilib. Fərmana əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır. 2026–2027-ci tədris ilində bütün təhsil pillələri üzrə təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır. Yeni tədris ilində ümumi təhsil müəssisələrində 1,6 milyon, ali təhsildə 260 min, məktəbəqədər təhsil müəssisələrində 226 min,

2022-ci ilin sentyabr ayının 12-də Laçın rayonunun Qaragöl ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Erməni Silahlı Birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş leytinant Şirinov Ömər Muğan oğlunun məzarı ziyarət edilib. Dalidag.az -ın xəbərinə görə, tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Əməkdaşları , YAP- Kəlbəcər rayon təşkilatı kənd inzibati ərazi icra üzrə nümayəndəliyinin əməkdaşları və şəhid ailələri iştirak edib. Şəhidlərimizin

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş sentyabr döyüşlərinin 4 ili tamam olur. Dalidag.az -ın məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecədən başlayaraq Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Düşmənin diversiya qrupları müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Ermənistanın məhz bu

Jurnalist, Kəlbəcər rayonunun Mollabayramlı kənd sakini Ədil Oruclunun qardaşı Muğan Orucov 52 yaşında dünyasını dəyişib. "Dalidag.az" xəbər portalı və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) Kəlbəcər bölməsi olaraq başda Ədil bəy olmaqla, mərhumun bütün doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirik. Allah rəhmət eləsin!

Sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda növbəti Bal Festivalı keçirilib. Dalidag.az -ın xəbərinə görə, Festival IDEA İctimai Birliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan Respublikası

Kəlbəcər rayonunun Zar kəndində tikinti işləri yekunlaşmaq üzrədir və yaxın zamanda kəndə köçün başlanması nəzərdə tutulur. Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Zar kəndində 547 fərdi ev, 100 yerlik uşaq bağçası və 528 şagird yerlik məktəb inşa edilib. Bəşir Hacıyev diqqətə çatdırıb ki, tikinti işləri tam başa çatdıqdan sonra kəndə köç prosesi həyata keçiriləcək:

Kəlbəcər şəhərində üç yeni yaşayış məhəlləsinin tikintisinə gələn il başlanılması nəzərdə tutulur. Dalidag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib. O bildirib ki, hazırda layihələr yekunlaşaraq ekspertiza mərhələsindədir. Qeyd olunub ki, ikinci yaşayış məhəlləsi 182, üçüncü yaşayış məhəlləsi 476, dördüncü yaşayış məhəlləsi isə 870 mənzildən ibarət olacaq. Bəşir Hacıyev deyib ki, yaşayış
Yazı axını
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
26 / 09 / 2026
25 / 09 / 2026
24 / 09 / 2026
22 / 09 / 2026
22 / 09 / 2026
21 / 09 / 2026
20 / 09 / 2026
19 / 09 / 2026
18 / 09 / 2026
18 / 09 / 2026
18 / 09 / 2026
17 / 09 / 2026
Ən çox oxunanlar




























