YAP Kəlbəcər rayon təşkilatının X konfransı keçirilib - Fotolar

17-09-2026 21:20
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının X konfransı keçirilib.
Dalidag.az-ın xəbərinə görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov hesabat məruzəsi ilə çıxış edib.
Sədr Həbib Misirov bildirilib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ən ağır və mürəkkəb günlərində, xalqımızın böyük çətinliklərlə üzləşdiyi, dövlətçiliyimizin ciddi təhlükələrlə qarşı-qarşıya qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmışdır. Partiyanın yaranması Azərbaycanın siyasi həyatında mühüm dönüş nöqtəsi olmuş, ölkəmizdə siyasi sabitliyin və dövlətçiliyin möhkəmləndirilməsinə mühüm töhfə vermişdir. Sədr Həbib Misirov bildirdi ki, ötən hesabat dövründə YAP Kəlbəcər rayon təşkilatı qarşıya qoyulan vəzifələrin icrası, partiyanın fəaliyyətinin daha da təkmilləşdirilməsi, üzvlərlə işin gücləndirilməsi və ictimai-siyasi proseslərdə fəal iştirakın təmin olunması istiqamətində ardıcıl fəaliyyət göstərib.  Həbib Misirov  qeyd edib ki, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII qurultayından sonra partiyanın təşkilati strukturunun təkmilləşdirilməsi, ərazi təşkilatlarının fəaliyyətinin səmərəli təşkili, partiya üzvləri ilə işin keyfiyyətinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.                   
Sədr Həbib Misirov bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Kəlbəcərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. YAP Kəlbəcər rayon təşkilatının üzvləri bu prosesdə fəal iştirak edir, doğma yurda qayıdışla bağlı həyata keçirilən tədbirlərə öz töhfələrini verirlər.                
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin ideologiyasından və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində müstəsna xidmətlərindən danışıb. Azər Qocayev bildirib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun olaraq ardıcıl şəkildə davam etdirilir.Azər Qocayev qeyd edib ki, dövlətimizin iqtisadi və siyasi gücünün artırılması, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkəmizin son illərdə əldə etdiyi mühüm tarixi nəticələrdəndir.
Milli Məclisin deputatı Kamran Bayramov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin müstəqilliyinin və dövlətçiliyinin qorunmasında mühüm tarixi rol oynadı. Partiyanın yaranması ilə Azərbaycanda siyasi sabitliyin və dövlətçiliyin möhkəm təməlləri formalaşdırıldı. Millət vəkili Kamran Bayramov vurğuladı ki, bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirərək daha da güclənib və ümumxalq partiyasına çevrilib. Bildirildi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi Zəfərlər dövlətimizin gücünü və siyasi sabitliyini daha da möhkəmləndirib. YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən dövrdə həyata keçirilən fəaliyyət barədə danışıb. O, partiyanın təşkilati strukturunun daha da təkmilləşdirilməsi, ideoloji işin aparılması və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.
Bayram Aslanov vurğulayıb ki, YAP Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinə əsaslanaraq Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafına və dövlətçiliyin möhkəmləndirilməsinə öz töhfəsini verir.
YAP veteranı Əli Bağırov və gənclər adından Rəşanə Məmmədova çıxış edərək bildiriblər ki, bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsi istiqamətində fəaliyyət göstərərək müasir Azərbaycanın inkişafında mühüm rol oynayır. YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə cıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin taleyüklü məsələlərinin həll olunduğu mürəkkəb ictimai-siyasi şəraitdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb və ötən dövr ərzində ümumxalq partiyasına çevrilib. 
Rəşad Abbaszadə çıxış edərək partiyanın son qurultayından ötən dövrdə həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr, təşkilati və ideoloji fəaliyyətin daha da gücləndirilməsi istiqamətində verilən tövsiyə və tapşırıqlar barədə məlumat verib.
Konfransda YAP Kəlbəcər rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 17-09-2026 21:20
Baxış sayı: 311
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını