Reklam
Bu gün Azərbaycanda Bilik Günüdür
15-09-2026 08:00
Bu gün Azərbaycanda Bilik Günüdür.Dalidag.az xəbər verir ki, bu əlamətdar gün Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən təsis edilib. Fərmana əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır.
2026–2027-ci tədris ilində bütün təhsil pillələri üzrə təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır.
Yeni tədris ilində ümumi təhsil müəssisələrində 1,6 milyon, ali təhsildə 260 min, məktəbəqədər təhsil müəssisələrində 226 min, orta ixtisas təhsili müəssisələrində 64 min, peşə təhsilində isə 44 min nəfərin təhsil alacağı gözlənilir.
Bu il yeni tədris ilinə 124 mindən çox uşağın I sinfə qəbulu rəsmiləşib.
Bu göstərici 2025-ci ildə qeydə alınan 131 815 nəfərlə müqayisədə təxminən 6% azdır.
Son illərdə (2020–2026-cı illər ərzində) birinci sinfə qəbul olunan uşaqların sayında ümumilikdə təxminən 25% azalma müşahidə olunub.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 15-09-2026 08:00
Baxış sayı: 349Yazı axını
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
Ən çox oxunanlar
05-10-2026 19:30





























