Reklam
Şəhid Ömər Şirinovun məzarı ziyarət edilib - Fotolar
14-09-2026 17:36

Dalidag.az-ın xəbərinə görə, tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Əməkdaşları , YAP- Kəlbəcər rayon təşkilatı kənd inzibati ərazi icra üzrə nümayəndəliyinin əməkdaşları və şəhid ailələri iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, Şanlı Zəfər tariximizdən bəhs edilib, qəhrəman şəhidimizin keçdiyi şərəfli döyüş yolundan söz açılıb. Goranboy rayon Zeyvə kənd qəbristanlığında dəfn edilən digər şəhid məzarları da ziyarət edilərək, ruhlarına dular oxunub, şəhidlərimizin heç bir zaman unudulmayacağı bildirilib.
Qeyd edək ki, şəhid leytenant Ömər Muğan oğlu Şirinov 20 sentyabr 1999-cu ildə Goranboy rayonunun Aşağı Ağcakənd kəndində anadan olub. 2005-ci ildə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2017-ci ildə Gəncə Dövlət Universitetinin Xarici Dillər Fakültəsinə daxil olub və 2021-ci ildə həmin Universiteti bitirərərk Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətin 9-cu ayında zabit kurslarına yazılıb və Leytenant hərbi rütbəsi alıb.
Silahlı Qüvvələrin zabiti olan Ömər Şirinov 2022-ci ilin sentyabr ayının 12-də Laçın rayonunun Qaragöl ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Erməni Silahlı Birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Subay idi. 14 Sentyabr 2022-ci ildə Goranboy rayon, Zeyvə kənd qəbiristanlığında dəfn olunub.
5 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilib.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Dalidag.az








Kateqoriya: Kəlbəcər
Tarix: 14-09-2026 17:36
Baxış sayı: 314Yazı axını
15 / 09 / 2026
15 / 09 / 2026
14 / 09 / 2026
14 / 09 / 2026
13 / 09 / 2026
13 / 09 / 2026
12 / 09 / 2026
12 / 09 / 2026
12 / 09 / 2026
12 / 09 / 2026
11 / 09 / 2026
11 / 09 / 2026
10 / 09 / 2026
10 / 09 / 2026
08 / 09 / 2026
07 / 09 / 2026
07 / 09 / 2026
05 / 09 / 2026
04 / 09 / 2026
04 / 09 / 2026
Ən çox oxunanlar





























