Kəlbəcərdə "27 Sentyabr: Əbədi yaddaş, əbədi ehtiram” mövzusunda dəyirmi masa keçirilib

27-09-2026 15:55
Kəlbəcərdə Anım Gününə həsr olunmuş “27 Sentyabr: Əbədi yaddaş, əbədi ehtiram” mövzusunda dəyirmi masa keçirilib.
Dalidag.az-ın xəbərinə görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Dəyirmi masada çıxış edənlər Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin, ölkənin iqtisadi və hərbi potensialının gücləndirilməsinin, ordu quruculuğuna göstərilən xüsusi diqqətin tarixi Zəfərin möhkəm təməlini yaratdığını bildiriblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Ordumuzun döyüş meydanında göstərdiyi şücaətdən danışılıb. Qeyd olunub ki, qazanılan tarixi Zəfər xalqın birliyi, güclü ordu və torpaqlarımızın azadlığı naminə canından keçən qəhrəmanlarımızın sayəsində mümkün olub. Şəhidlərin xatirəsinin daim uca tutulmasının, onların həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti xüsusi qeyd edilib.
İşğaldan azad olunmuş digər ərazilərimiz kimi, Kəlbəcərdə də həyatın yenidən canlandığı, genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı, insanların illər sonra doğma yurdlarına qayıtdığı diqqətə çatdırılıb. Bütün bunların şəhidlərimizin canı bahasına qazanılan Zəfər sayəsində mümkün olduğu vurğulanıb.
Sonda şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı bildirilib.

Dalidag.az





Kateqoriya: Kəlbəcər
Tarix: 27-09-2026 15:55
Baxış sayı: 367
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını