Reklam
Şəhid Elşən Məmmədovun ailəsi və məzarı ziyarət edilib - Fotolar
20-10-2026 17:11
Şəhid Elşən Dağıstan oğlu Məmmədovun ailəsi və məzarı ziyarət edilib.Dalidag.az-ın xəbərinə görə, ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Tural Oruczadə, Zülfüqarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib.
44 günlük Vətən müharibəsindən və uğurlu Antiterror əməliyatından söz açılıb.Şəhidlərimizinin əziz xatirəsinin daima xalqımız tərəfindən anılacağı vurğulanıb.
Qeyd edək ki, şəhid Elşən Dağıstan oğlu Məmmədov 06 fevral 1996-cı ildə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2003-cü ildə Tərtər rayon 66 saylı Buruc kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2014-cü ildə orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə hərbi xidmətini başa vuran Elşən Məmmədov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2019-cu ildən etibarən Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərib.
Azərbaycan Ordusunun MAHHXHQ əsgəri olan Elşən Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 19 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Subay idi. 20 oktyabr 2020-ci ildə Bərdə rayonunun Qazaxlar kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Dalidag.az







Kateqoriya: Sosium
Tarix: 20-10-2026 17:11
Baxış sayı: 313Yazı axını
20 / 10 / 2026
20 / 10 / 2026
19 / 10 / 2026
18 / 10 / 2026
18 / 10 / 2026
17 / 10 / 2026
17 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
15 / 10 / 2026
14 / 10 / 2026
14 / 10 / 2026
13 / 10 / 2026
13 / 10 / 2026
12 / 10 / 2026
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
Ən çox oxunanlar





























