Reklam
Laçında Həkəri çayı üzərində su anbarı inşa ediləcək
27-10-2026 14:55
Dalidag.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib.
O bildirib ki, Laçın rayonunda Həkəri çayı üzərində içməli su təyinatlı su anbarının tikintisi nəzərdə tutulub:
"2026-cı il iyulun 11-də Prezidentin iştirakı ilə layihənin təməlqoyma mərasimi keçirilib. Su anbarının ümumi həcmi 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olacaq. Layihə yalnız içməli su təminatı məqsədilə nəzərdə tutulub.
Layihəyə əsasən, 172 kilometr uzunluğunda magistral su xətti vasitəsilə Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Xocavənd və Ağdam rayonlarında yaşayan təxminən 700 min nəfərin içməli su təminatının yaxşılaşdırılması planlaşdırılır".
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 27-10-2026 14:55
Baxış sayı: 318Yazı axını
28 / 10 / 2026
27 / 10 / 2026
26 / 10 / 2026
25 / 10 / 2026
25 / 10 / 2026
24 / 10 / 2026
23 / 10 / 2026
23 / 10 / 2026
21 / 10 / 2026
20 / 10 / 2026
20 / 10 / 2026
19 / 10 / 2026
18 / 10 / 2026
18 / 10 / 2026
17 / 10 / 2026
17 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
15 / 10 / 2026
14 / 10 / 2026
Ən çox oxunanlar




























