Reklam
Şuşa Forumu başlayır - 53 ölkə təmsil olunur
13-07-2026 08:50
Dalidag.az xəbər verir ki, builki Forum “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçiriləcək.
Qeyd edək ki, 53 ölkədən 160-a yaxın xarici qonağın, o cümlədən 30-a yaxın informasiya agentliyi, 60-dan çox media qurumu, 10-a yaxın beynəlxalq təşkilat və şirkət, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakının nəzərdə tutulduğu Forum qlobal informasiya gündəliyində aktual məsələlərin müzakirəsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, media sahəsində yeni çağırışlara dair təcrübə və fikir mübadiləsinin aparılması baxımından mühüm platforma rolunu oynayır.
Forum çərçivəsində “Media obyektivində sülh quruculuğu və ictimai diskurs”, “Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti” və “Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu” mövzularında panel müzakirələr keçiriləcək.
Bununla yanaşı, “Dezinformasiyanın sülhə təsiri: Mediada koordinasiyalı reaksiyalar”, “Süni intellekt dövründə sosial media və etik çərçivələr” və “Sərhədlərarası media dialoqu və rəqəmsal mühitdə həmrəylik” mövzularına həsr edilən təkbətək formatlı müzakirələrin, müxtəlif paralel tədbirlərin təşkili planlaşdırılır.
Dalidag.az
Kateqoriya: Media
Tarix: 13-07-2026 08:50
Baxış sayı: 3320Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar




























