Məşhur kəlbəcərli el şairi Əli Bimarın oğlu Arif dünyasını dəyişib. Qeyd edək ki, Arif Bimar oğlu həm də şair Vüqar Şirinoğlunun dayısıdır. Dalidag.az olaraq mərhumun doğmalarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!

Kəlbəcər gələcəkdə Azərbaycanın əsas sağlamlıq və ekoturizm mərkəzlərindən birinə çevrilə bilər. Rayonun zəngin mineral və termal suları, dağlıq relyefi, təmiz havası və sərin iqlimi bu istiqamətdə geniş imkanlar yaradır. Xüsusilə “İstisu” brendinin bərpası və müasir turizm infrastrukturunun yaradılması Kəlbəcərin ölkə daxilində və beynəlxalq səviyyədə tanıdılmasına töhfə verə bilər. Dalidag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov Kəlbəcərin gələcək inkişaf

Azərbaycanın bəzi yerlərdə arabir yağış və qar yağıb. Dalidag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 10-u saat 10:00-a olan məlumatında qeyd edilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb. Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb. Dalidag.az

Kəlbəcər şəhərində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan 64 xanalı dama üzrə turnir təşkil olunub. Dalidag.az -ın xəbərinə görə, turnir Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində 7-9-cu sinif şagirdləri arasında keçirilib. Yekun nəticəyə əsasən qaliblər aşağıdakı sıralamaya uyğun yerlər tutublar. 1.Tacir Şükürlü - 1-ci yer 2.Sərxan Əsgərli - 2-ci yer 3.Murad Şahmuradlı - 3-cü yer Dalidag.az

Şəhid Taleh Həşim oğlu Muxtarovun ailəsi və məzarı ziyarət edilib. Dalidag.az -ın xəbərinə görə, ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, YAP Kəlbəcər Rayon təşkilatının əməkdaşları, Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib. 44 günlük Vətən müharibəsindən və uğurlu Antiterror əməliyatından söz açılıb.

Kəlbəcər rayon İcra Hakimiyyəti və Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Kəlbəcər rayon sektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər rayon Komitəsinin birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib. Dalidag.az -ın xəbərinə görə, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon prokuroru İlkin İsmayılov, Şərqi Zəngəzur Regional Təhsil

Gəncədə məskunlaşmış Şaiq Qasımov vəfat edib. Dalidag.az xəbər verir ki, bu barədə ictimai fəal İlqar İsgəndər oğlu sosial şəbəkə hesabında paylaşım edib: "Əslən Başlıbel kəndindən olan Şaiq Qasımov haqqa qovuşdu", — deyə o bildirib. Allah rəhmət eləsin!

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər. Dalidag.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi təltif edilib. Təltif edilənlər arasında Kəlbəcər məktəblərini təmsil edən

Vətən Müharibəsi şəhidi Eldəniz Rabil oğlu Verdiyevin məzarı ziyarət edilib. Dalidag.az -ın xəbərinə görə, ziyarətdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhid ailələri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib. 44günlük Vətən müharibəsində və lokal antiterror əməliyatında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşamdan bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır. Daldag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 2-si saat 9:00-a olan məlumatında bildirilib. Qeyd olunub ki, gecə saatlarında Kəlbəcərin yüksək dağlıq ərazilərinə sulu qar yağıb. Düşən yağıntının miqdarı 1 mm-dir.
Yazı axını