Reklam


Elşən Əzim İstənilən mühitdə fərqlənmək özünü olduğun kimi göstərmək cəhdinin doğrulmasıdır. Özünü göstərmək və ya buna cəhd etmək burada təbii ki, fiziki anlamda nəzərdə tutulmur. Sadəcə, gördüyün iş (fərq etmir, hansı peşə sahibisən) ümumilikdən fərqli üslubda sırf sənin adınla və yaxud imzanla təsdiqlənirsə, sənin özünəməxsusluğun ortaya çıxır. Yəni, sən hər hansı xüsusi cəhd etmədən potensialını, bacarığını, istedadını... sərgiləyirsən və mühitə SƏNİ təqdim edirsən. Ən çox da peşəkarların,

"Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" Kəlbəcər rayonu ərazisində yerləşən Çəpli kəndinin layihələndirilməsinə 994 min 740 manat vəsait ayırıb. Dalidag.az xəbər verir ki, layihələndirmə işləri "Via Ad Lucem" MMC-yə həvalə olunub. Müvafiq işlərin görülməsinə iyulun 4-dən başlanılıb, bu ilin sonuna qədər bitməyi planlaşdırılır. Qeyd edək ki, "Via Ad Lucem" MMC Xankəndidə tələbələr üçün yaşayış binalarının konseptual həlli layihəsini, Kəlbəcərdə Butik otel layihəsini, Park

"Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcəyini gözləyirdim”. Dalidag.az bildirir ki, bunu bu gün Kəlbəcərdə 32 il əvvəl şəhid olan hərbçilərin dəfn mərasimində iştirak edən Sevda Əliyeva bildirib. Şəhid Mehman Musayevin nişanlısı Sevda Əliyeva deyib ki, nişanlısı itkin düşəndən sonra ailə qurmayıb: "Mehmanla sonuncu görüşüm Ağdamda oldu. Mənə hədiyyələr almışdı. Toyumuz barədə

Ordubad rayonunda Ələhi kənd orta məktəbinin direktoru 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalaraq həyatını itirib. Dalidag.az -ın "unikal"-a istinadla məlumatına görə, A.Yusibov AZAL-ın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarəsinin mərhum bələdçisi, Milli Qəhrəman Hökumə Əliyevanın bibisi oğludur. Qeyd edək ki, hadisə Ordubad rayonu Nürgüt kəndində baş verib. A.Yusibov Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas

Ölkəmizin qərb hissəsində, Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşən, füsunkar gözəlliyi malik Kəlbəcərdə otuz illik işğaldan sonra yenidən canlanma var, tikinti-quruculuq işləri aparılır, həyat öz axarına qayıdır. “Böyük Qayıdış” proqramına uyğun olaraq Kəlbəcər yenidən qurulur, keçmiş məcburi köçkünlərin geri qayıtması üçün evlər inşa edilir, mühüm infrastruktur layihələri icra edilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli, 235 nömrəli

Kəlbəcər rayonu 49 nömrəli tam orta ümumtəhsil məktəbinin informatika müəllimi Alsu Mikayılova iyunun 25-də keçirilən təhsilverənlərin sertifikatlaşdırılması imtahanında maksimum nəticə göstərərək 60 bal toplayıb. Dalidag.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib. "Əzmkarlığı, biliyi və fədakarlığı ilə nümunə olan müəllimimizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq!", - deyə idarənin təbrikində deyilir.

İstismara verildiyi tarixdən bu ilin iyun ayının 1-dək “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında (KSES) 42,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Dalidag.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. Bildirilib ki, 3 il öncə 26 iyun tarixində Kəlbəcər rayonunun Lev çayı üzərində inşa olunan 4,4 MVt-lıq “Kəlbəcər-1” KSES istismara verilib. "KSES-lər ekoloji cəhətdən daha təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və enerji

K əlbəcər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dalidag.az xəbər verir ki, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev rayon ərazisində sürdüyü "HOVO" markalı yük avtomobilinin idarəetməsini itirib. Nəticədə maşın çaya aşıb. Qəza zamanı sürücü O.Mustafayev hadisə yerində ölüb. O, Kəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərin birində çalışırmış. Faktla bağlı araşdırma aparılır. Dalidag.az

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, iki çağırış parlament seçkilərində namizəd olmuş, Zar kənd sakini Səxavət Kəlbəcərli (Səxavət Ellaz oğlu Süleymanov) tərəfindən redaksiyanın poçtuna göndərilən məktubun aktuallığını nəzərə alıb Dalidag.az -ın oxucularına təqdim edirik: "Möhtərəm cənab Prezident! Sizin rəhbərliyinizlə Qarabağ və ətraf bölgələrdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri xalqımızın illərlə həsrətində olduğu

Görkəmli şair Bəhmən Vətənoğlunun ömür-gün yoldaşı Təzəgül xanım dünyasını dəyişib. Təəssüf ki, Təzəgül müəllimə də doğma yurdda yenidən yaşamaq qismət olmadı. Dalidag.az ailəsi olaraq Təzəgül xanımın övladlarına və bütün doğmalarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
Yazı axını
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar