Reklam
"Ürəyimin səkisində bir göz iməkləyir..." - Elnur Uğur
06-07-2025 14:20
Elnur UğurSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Elnur Uğur yaradıcılığından:
BUDUR YAŞAMAQ!
Bir yaraya məlhəm deyiləmsə,
Sarğı deyiləmsə qol sınığına,
Sadəcə canlıyam
Girmişəm qabığıma,yaşayıram
Əgər yaşamaq budursa!
Eşqim fikrimin göyünə,
Fikrim Vətənin hər köyünə
İşıq saçmırsa,
Girmişəm söz qılığına, yaşayıram
Əgər yaşamaq budursa!
Ürəyimin səkisində
Bir göz iməkləyir.
Ürəyimin hər küncünə dirsək dəyir.
Ağrıyır bir boşluq
Ulartı var içimdə
Bir yalquzaq ulartısı
Pıçıldayıram, döz qulağıma, yaşayıram!
Əgər yaşamaq budursa!
Baxıram başımın üstündən o baxır,
Başımın altında yuxu qarışıq gecə axır
Axı
Bu nə yaşamaqdı?
Hər anı gözəllik,
O gözəllikdə sən varsan,Tanrım!
Sənə aşiqliyimdən başlayan yol
Səndə bitməz heç zaman
Bax, yaşamaq budur
Yaşayıram!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 06-07-2025 14:20
Baxış sayı: 3345Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























