Reklam
"Dilimdə hey dolanır adının ilk hecası..." - Oğuz Alparslan
11-07-2025 15:40
Oğuz AlparslanSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Oğuz Alparslan yaradıcılığından:
"HU"
O qədər çətindir ki, tənhalığın səhəri,
Əlinlə qoyduğunu çıraqla tapmaq olmur.
Bu dağınıq otaqda xatirələr var deyə,
Heç nəyi atmaq olmur.
Bəlkə də, bu səbəbdən,
Onu unutmaq olmur.
Papiros-papirosla sevişir dayanmadan,
Dodağın papirosla öpüşür aram-aram.
Bir də ki, sərxoş halda, zümzümə dodaq altda,
təkarlanır yenə də...
"Al yazmam səndə, könlüm başqa yerdə"
Dilimdə hey dolanır adının ilk hecası,
"Hu" deyirəm Allah'a!
... bu şeirin ilk hecası o qədər ağırdı ki,
Yazıb, yaratmaq olmur.
Bəlkə də bu səbəbdən, onu unutmaq olmur.
"Hu" deyirəm İlahi!
"Sufi" tək dolanıram öz sevgimin başına,
Qoy desinlər dəlidir, kədərinə oynayır.
"Hu" deyibən dolanır hey o cansız daşların,
heykəllərin başına.
"Hu" deyibən daş atır, daşların yaddaşına.
Açılmayan düyündü, boğazımda qəhərdi,
Gecələri uzundur, açılmayan səhərdi.
Bu ayrılıq acısı, ölümdən də betərdi,
Onsuz yaşamaq olmur.
"Hu" deyirəm İlahi,
Onu unutmaq olmur.
...onu unutmaq olmur.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 11-07-2025 15:40
Baxış sayı: 3347Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























