"Çeşmə"çilər tədbir keçirildi

04-07-2025 16:01
"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirilib
Dalidag.az xəbər verir ki, tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra məclisin budəfəki görüşündə gənc şair Azər Vahidin yenicə çapdan çıxmış "Qəzəllər" kitabının təqdimatına həsr olunacağını qeyd elədi və ilk olaraq sözü Azərbaycan Yazıçılar Birliyininin üzvü, tanınmış şair- qəzəlxan  Xatirə Xatuna  verdi. Xatirə xanım, məclisə xeyir- duasını verdikdən sonra, gənc şair Azər Vahidi yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik etdi, belə məclislərin gənc şairlərin inkişafında xüsusi əhəmiyyət daşıyacağından danışdı və qəzəllərindən bir neçəsini səsləndirdi.
Maştağadan gələn, "Söz" Ədəbi Məclisinin sədri, tanınmış şair- qəzəlxan Ağamirzə Qail gənc şairi təbrik etdi, Ədəbi Məclisin Əruzun və gənclərin ədəbi zövqünün inkişafında, formalaşmasında çox böyük əhəmiyyət daşıyacağını qeyd edib, məclis rəhbərinə gələcək işlərində uğurlar arzuladı, tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirdi və axırda qəzəllərindən bir neçəsini səsləndirdi. Məclisdə
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Vahid Çəmənli də Azər Vahidi təbrik elədi, onun kitabından bir qəzəl oxudu və öz şeirlərindən səsləndirdi. Sonra məclisin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair- qəzəlxan Sona Xəyala söz verildi. O da məclis iştirakçılarını salamladıqdan sonra özünün qələmə aldığı qəzəllərindən bəzilərini səsləndirdi. Sonra növbə ilə digər şairlərə söz verildi və onlar da növbə ilə Azər Vahidə uğurlar arzulayıb, hər biri öz şeirlərini səsləndirdi. Məclisdə iştirak edən tanınmış şairlərdən İldırım Qəhrəmanov, Əliyar Mərdiyev, Hatəm Əsgərov, Maştağadan Ədəbi Məclisə yeni gələn gənc şair Kərim Axundov öz şeirlərindən səsləndirdilər. İstedadlı şair- qəzəlxan Azər Vahid, yeni kitabının təqdimatına ayrılan vaxta və ünvanına deyilən təbriklərə görə "Çeşmə" Ədəbi Məclisinin rəhbərinə, məclis üzvlərinə təşəkkürünü bildirdikdən sonra,  qəzəllərindən nümunələr səsləndirdi. Şairlərin səsləndirdiyi şeirlərdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi.

Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 04-07-2025 16:01
Baxış sayı: 4126
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını