"Min illik möhürdür yurd yerindəki..." - Fərid Muradzadə
04-07-2025 14:45
Fərid MuradzadəDalidag.az Fərid Muradzadənin yeni şeirini təqdim edir:
ASTACA-ASTACA AXIR HƏKƏRİ
Bosaldı ilgəyi, töküldü yüküm
Sanki tənhalığım yox oldu bütün,
Otuz il həsrətin sonunda bu gün,
Ruhumu oxşayır çay ləpələri
Astaca-astaca axır Həkəri.
Yatağı, binəsı lap göyçək olub,
Dörd yanı al-əlvan, gül-çiçək olub,
İlahi, nə qədər sevincək olub,
Qıvrila-qıvrıla keçir kəndləri
Astaca-astaca axır Həkəri.
Qaynayır,çaglayır gümüş suları,
Ruhumu oxsayır gümüş suları,
Buz kimi parlayır gümüş suları,
Ötürüb illəri, qərinələri
Astaca-astaca axır Həkəri.
Sirdir, möcuzədir su şəklindəki,
Min illik möhürdür yurd yerindəki,
İlahi nəğmədir su dilindəki,
Əfsunlu səsiylə tutub bizləri
Astaca-astaca axır Həkəri.
Köpüklü suları salır hay-həşır,
Mamırlı daşlarla sular güləşır,
Həkəri, Bərgüşad yolda birləşir,
Dilbər guşələrin ğülür gözləri
Astaca-astaca axır Həkəri.
02.07.2025
Laçın-Zabux kəndi
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 04-07-2025 14:45
Baxış sayı: 3378Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















