Reklam
"Sevgisiz ürək də bədənə bir yük..." - Reyhan Kənan
03-07-2025 15:28
Reyhan Kənan Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Reyhan Kənan yaradıcılığından:
QARIŞQA GÜCÜ
İllər keçib gedər, səndə dayanmaz,
Zülmət bir ürəkdə ümid oyanmaz,
Özünü dünyada günahkar sanmaz,
İnsanın şərəftək baş tacı varsa.
Qaranlıq tunelin işığı uzaq,
Parlayan gözlər var,bəlkə, yalquzaq!..
Kimsə bu tuneldə heç azmayacaq,
Ümiddən tutmağa ip ucu varsa.
Məndən nə qalacaq, səndən nə görək,
Hər dərdə, əzaba dözdü bu ürək,
Pislik nəyə gərək, dərd nəyə gərək,
Yaxşı əməllərim ömrə yararsa.
Bəlkə, daşımağa haqlı deyilik,
Sevgisiz ürək də bədənə bir yük.
Heç nə ola bilməz sevgidən böyük,
Ürəkdə qarışqa gücü yaşarsa.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 03-07-2025 15:28
Baxış sayı: 3225Yazı axını
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar




























