Reklam
"Üzü tanış gəlir bu ayrılığın..." - Müşfiq Cəbi
05-07-2025 15:00
Müşfiq CəbiSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Müşfiq Cəbi yaradıcılığından:
***
Bir kənd uşağıyam çək mənə göndər,
Uzaqdan uzağa şəhər şəklini..
Mən rəssam olsaydım, bir belə rənglə
Görən çəkəcəkdim nətər şəklini.?
Sel gəlsə yuyarmı su ayrılığı.?
Tanrım, selsiz -susuz yu ayrılığı,
Üzü tanış gəlir bu ayrılığın..
Durub çəkəcəyəm səhər şəklini..
Bu zəmi həsrətdir bir yaşıl dənə,
Bilmirəm, ögeyəm özgəyəm sənə.
Özün gəl, özünü xatırlat mənə,
Mən seçə bilməsəm əgər şəklini!.
Axan göz yaşımı hələki su san,
Mən oldum önündə min illik susan,
Bir az yaxına gəl, oxuyacaqsan.!
Mənim gözümdəki kədər şəklini...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 05-07-2025 15:00
Baxış sayı: 3415Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























