Reklam
"Özünü asırsan selin əlindən..." - Valeh Qoca
04-07-2025 18:22
Valeh QocaSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." runrikasının növbəti şeir ərmağanı Valeh Qoca yaradıcılığından:
KÖRPÜ
Sevəni sevəndən ayrı salırsan,
Küsəni küsənlə barışdırırsan.
Gecəni səhərlə, kəndi şəhərlə,
Şəkəri zəhərlə qovuşdurursan.
Düşürsən payızla qış arasına,
Bahardan başlayıb yaydan keçirsən.
Gəmilər batıran, evlər uçuran,
Ley kimi yellənən çaydan keçirsən.
Sinənin üstünə ağırlıq düşər,
Torpağın ağrımaz, daşın ağrımaz.
Ayağın bir ömür sularda qalar,
Hələ bircə dəfə başın ağrımaz.
Sənin divarını daşa döndərən,
İstidə qaynayan suyun ərpidir.
Özünü asırsan selin əlindən,
Deyirlər, bu körpü asma körpüdür.
Başının üstündə Günəş də doğur,
Ayağın altdakı buzun xətrinə.
Bəlkə, elə səni Allah saxlayır,
Üstündə dilənən qızın xətrinə.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 04-07-2025 18:22
Baxış sayı: 3472Yazı axını
28 / 08 / 2026
28 / 08 / 2026
27 / 08 / 2026
27 / 08 / 2026
26 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
23 / 08 / 2026
22 / 08 / 2026
22 / 08 / 2026
21 / 08 / 2026
20 / 08 / 2026
19 / 08 / 2026
19 / 08 / 2026
19 / 08 / 2026
18 / 08 / 2026
17 / 08 / 2026
13 / 08 / 2026
Ən çox oxunanlar




























