Reklam
"Bu qərib gecənin sükutu dərin..." - Qədiməli Əhməd
08-07-2025 12:36
Qədiməli ƏhmədSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Qədiməli Əhməd yaradıcılığından:
TƏNHA SEYR EDİRƏM...
Bir qərib gecə var bu yad şəhərdə,
Yaddaşa köçəcək bilməm nələrlə?
Saatlar səssizcə əriyib gedir,
Durmuşam üz-üzə xatirələrlə.
Bu qərib şəhərdə bir müsafirəm,
Çəkir gözlərimi hər künc, hər bucaq.
Səndən uzaqlarda bir həmdəmim yox,
Mənim həsrətimi kim oxuyacaq?
Burda göy üzündə bir parça bulud,
Yerlə əsib keçən külək soyuqdu.
Bir də gözlərimin gizli sirrinə
Hər gün vaqif olan ürək duyuqdu.
Bu qərib gecənin sükutu dərin,
Çıxmağa nə yol var, getməyə zaman...
Hər şey bildiyimtək deyil, bəlkə də,
Bəlkə yad şəhərdə üzə gülmür dan?
Üstümdə göy üzü, dikilib baxır,
Pəncərəm önündə sirlidi gecə.
Ulduzlar sürüşür, ulduzlar axır,
Tənha seyr edirəm baxıb beləcə...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 08-07-2025 12:36
Baxış sayı: 3226Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























