Reklam
Şair Ələkbər Sönməzin şeirlər kitabının təqdimatı keçirildi -FOTOLAR
01-05-2025 21:38
Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələkbər Sönməzin sayca yeddinci - ,,Qaytara bilsəydim ötən günləri" adlı şeirlər kitabının təqdimatı keçirildi.
Dalidag.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda düzənlənən təqdimat mərasimində şairin qələm dostları, jurnalistlər, ziyalılar ictimaiyyət nümayəndələri, oxucular və ailə üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid açaraq, qonaqları salamlayıb. Müəllifin yaradıcılığı və təqdim olunan kitab haqqında fikrini bildirib, tədbiri aparmaq üçün sözü filologiya üzrə fəlsəfə doktoru, kitabın "Ön söz" müəllifi İlham Məmmədliyə verib.Qonaqlardan Mirsəyyaf Zamanlı, Arif Süleymanov, Namiq Dəlidağlı, Qalib Süleymanov, Həbib Misirov, Həqiqət Şükürova, Vüqar Həşimov, Cəmilə Çiçək, Nurəddin Həşimov, Vüqar İsayev, Vüsalə Məmmədova, Şahlar Həsənov, Natiq Salahov, Bəhlul Qocayev, Rövşən Hüseynli, Həbib Nəbioğlu, Zaur Akifoğlu, Mətləb Mənsim oğlu, Habil Sönməzoğlu və başqaları çıxış edərək, şairin yaradıcılığına nəzər salıb ədəbi yaradıcılığını təhlil etdilər. Ə.Sönməzi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, yaradıcılığının bəzi məqamlarına toxunublar.
Kəlbəcərin işğalı zamanı Başlıbel sakinləri ilə bərabər mühasirədə qalan, faciəni gözləri ilə görən Müşfiq və Məzahir o günləri xatırladılar, Ə.Sönməzin yaradıcılığında bu ağrı-acının dərin iz buraxdığını dilə gətirdilər.
Şagirdlərin ifasında şairin şeirlərindən nümunələr səsləndirib. Sonda Ələkbər Sönməz təqdimata cəm olanlara öz minnətdarlığını bildirib, yeni şeirlərini oxuyb.
Nigar Nəriman
Dalidag.az













Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 01-05-2025 21:38
Baxış sayı: 21 797Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar




























