"Ən ağır darıxmağa adam elə yoluxar..." - Mücirəddin Mübariz
10-07-2025 11:30
Mücirəddin MübarizSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Mücirəddin Mübariz yaradıcılığından:
* * *
Ay dodağı yer çatı, yanağı bulaq gözü,
Gözümün ürək sözü.
Sol çiynim şamlar kimi sanki əriyib axır,
Əlim qoluma ağır.
Ən ağır darıxmağa adam elə yoluxar,
Ayaq altdan yol axar.
Susuzluğu yanana su səsidir gülüşün,
Harda qaldı gəlişin?
Ümidlərin gəmisi ilğım sularındadır,
Düzün ortasındadır.
Dəniz olaram sənə ürəyimi sən üzsən,
Səhrada ada gəzsən.
Sərinlər için elə, hərdən daşa da sirr gəl,
Həsrətini əsirgə.
Eşqin boş mərmisinə adını da yazmışam,
Gözlərimdən asmışam.
Adamlar unudanda öncə səs unudular,
Şəkillər sona qalar.
Xatirələr yaddaşa dağılmış arı kimi,
Göynədir sarı simi.
Necə güllə hirsini bir sinədə soyudar,
Atıl canımı qurtar.
Öldürsən sevda ilə yaşamağı öyərəm,
Yenə gülümsəyərəm.
Sənə yazılan şeir qaranquş yuvasıdır,
Yaxşı eşq havasıdır.
Bax hörümçək toruna şeh düşəndə əzizim,
Duyğumuz elə bizim.
Dünən axşam Günəşin batışını seyr edib,
Bir az da fikrə gedib...
Mən də gizlənmək üçün dağ gəzdim arxasında,
Üfüqün yuvasında...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 10-07-2025 11:30
Baxış sayı: 3205Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















