Reklam
"Zar kəndində təhlükə təməlindən başlayır" - İDDİA
23-06-2025 11:50
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, iki çağırış parlament seçkilərində namizəd olmuş, Zar kənd sakini Səxavət Kəlbəcərli (Səxavət Ellaz oğlu Süleymanov) tərəfindən redaksiyanın poçtuna göndərilən məktubun aktuallığını nəzərə alıb Dalidag.az-ın oxucularına təqdim edirik:"Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə Qarabağ və ətraf bölgələrdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri xalqımızın illərlə həsrətində olduğu doğma torpaqlara qayıdışın əsasını qoyur. Bu böyük prosesin bir hissəsi olan Kəlbəcər rayonunun Zar kəndində görülən tikinti işləri həm ictimaiyyətin, həm də media nümayəndələrinin diqqətindədir.
Lakin təəssüflə bildirirəm ki, aparılan tikinti işlərinin bəzi mərhələlərində ciddi səhlənkarlıq və keyfiyyətsizlik halları müşahidə olunur. Bu səbəbdən məsələni birbaşa Sizə və aidiyyəti dövlət qurumlarına çatdırmağı özümə vətəndaş və jurnalist borcu sayıram.
Zar kəndində təhlükə təməlindən başlayır: Keyfiyyətsiz fundament, səssiz fəlakət
Azərbaycanın Kəlbəcər rayonunda aparılan bərpa və yenidənqurma işləri çərçivəsində inşa olunan yeni obyektlərin təməlləri artıq narahatlıq doğurmaqdadır. Zar kəndində çəkilmiş video sübutlarda aydın görünür ki, yeni tökülmüş fundament (bünövrə) səthi çatlayıb, bəzi yerlərdə isə yer tam bərkidilmədən sement tökülüb.
Sementin hələ qurumamış dövründə əmələ gələn bu çatlar materialın keyfiyyətsizliyindən, işin səhlənkarlıqla aparıldığından xəbər verir. Ən pisi isə budur ki, bu cür keyfiyyətsiz inşaatlar hələ yağış və qış fəsli gəlməmişdən əvvəl öz zəifliyini göstərir.
İxtisaslı mütəxəssislərin iştirakı olmadan, mühəndis nəzarəti və texniki şərtlər pozulmaqla tikilən bu cür obyektlər gələcəkdə insan həyatı üçün təhlükə mənbəyinə çevrilə bilər. Bünövrə zəifdirsə, gələcək qurğu da dayanıqsız olacaq.
Tikinti prosesi zamanı bu kimi çatların əmələ gəlməsi qanun pozuntusu olmaqla yanaşı, dövlətin bu layihələrə ayırdığı milyonlarla vəsaitin hədər getməsi deməkdir.
Məsul qurumlara və nəzarət orqanlarına çağırış:
Yerində baxış keçirilsin,
Video sübutlar qiymətləndirilsin,
Səhlənkar işlərə yol verənlər cəzalandırılsın", məktubda deyilir.
Dalidag.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq!
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 23-06-2025 11:50
Baxış sayı: 21 021Yazı axını
16 / 01 / 2026
15 / 01 / 2026
15 / 01 / 2026
14 / 01 / 2026
14 / 01 / 2026
13 / 01 / 2026
12 / 01 / 2026
11 / 01 / 2026
07 / 01 / 2026
07 / 01 / 2026
06 / 01 / 2026
06 / 01 / 2026
05 / 01 / 2026
04 / 01 / 2026
04 / 01 / 2026
03 / 01 / 2026
01 / 01 / 2026
31 / 12 / 2025
31 / 12 / 2025
28 / 12 / 2025
28 / 12 / 2025
27 / 12 / 2025
Ən çox oxunanlar





.jpg)






















