Reklam


Vətən müharibəsi şəhidi Rüfət Şabanovun anası vəfat edib. Dalidag.az xəbər verir ki, şəhidin anası Kifayət xanım dünyasını dəyişib. Mərhum yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsində dəfn edilib. Qeyd edək ki, 2001-ci il təvəllüdlü Rüfət Rauf oğlu Şabanov 2020-ci il sentyabrın 27-də Kəlbəcər – Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb. Ölümündən sonra “Hərbi xidmətə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə

Bu gün "Kəlbəcərə Qayıdış" İctimai Birliyinin (KQİB) yaradıcısı və təsisçisi dəyərli dostumuz Ramiz bəy Abışovun doğum günüdür. KQİB-yi olaraq Ramiz bəyi doğum günü münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Ramiz bəy KQİB-ni yaratmaqla təkcə kəlbəcərlilərin deyil, bütün xalqımızın, eyni zamanda torpaqları işgal altında olan insanlarımızın birliyinə yeni bir stumul, təkan vermiş oldu. KQİB-yi başda olmaqla, yeni təşkilatlar yaranmağa başladı və Qarabağımız yalnız

Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dalidag.az xəbər verir ki, "KİA" markalı avtomobil qarşıdan beton qarışdıran avtomobillə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, 1957 təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb. Hadiəs yerinə polis əməkdaşları cəlb olunublar. Araşdırma davam etdirilir.

Kəlbəcərli şair Əjdər Əslisafa ağır itki üz verib. Onun bacısı Məhluqə Yusifova dünyasını dəyişib. Dalidag.az saytı və "Dəlidağ" Ədəbi Birliyi olaraq, Əjdər bəyə bacısının vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!

Tərtər rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb. Dalidag.az -ın məlumatına görə, hadisə rayonun məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib. Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü - Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının

Əlövsət Saldaş Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Əlövsət Saldaş yaradıcılığından: ADAM Sənnən ki Tanrının xəbəri yoxdur, Kim səni dünyaya göndərib, adam. Sahibsiz qəriblə dünya doludur, Dön qayıt geriyə, dön, qərib adam. Pəsdə inləyirsən, bəm oxuyursan, İslaq görünürsən, nəm oxuyursan, Elə dərd çalırsan, qəm oxuyursan, Vaxt səni nə yaman dindirib, adam. Köklə qopuzunu Qorquddan denən, Darda tapındığın boz qurddan denən, O dağlardan oxu, o

Kəlbəcərli şair Ələmdar Cabbarlıya ağır itki üz verib. Dalidag.az xəbər verir ki, şairin anası Solmaz xanım vəfat edib. Dalidag.az saytı və "Dəlidağ" Ədəbi birliyi olaraq, Ələmdar Cabbarlıya anasının vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!

Bu gün Başlıbel faciəsinin ildönümüdür. Dalidag.az bildirir ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 32 il ötür. 1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı iki minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışarkən, ermənilər 9 nəfəri qətlə yetirib, 5 nəfəri isə girov götürüb. Qalan 62 nəfər isə dağlara çəkilərək kahalarda gizlənib.
Hökümə Əliyevaya həsr edilən "Demişdin yaxşı olacaq" kitabının təqdimatı keçirildi
(16-04-2025, 21:24)
(16-04-2025, 21:24)

Bu gün Atatürk Mərkəzində Milli Qəhrəmanımız Hökümə Əliyevanın ruhuna ithaf edilən "Demişdin yaxşı olacaq" kitabının təqdimatı keçirildi. Dalidag.az xəbər verir ki, öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı şair-publisist Mübariz Süleymanlı baş vermiş hadisəni (əslində terroru) bir daha xatırladaraq hər kəsi o günlərə qaytardı. Kitab barədə fikirlərini söylədi. Təqdimatda dəyərli qələm sahibləri - şairlər, jurnalistlərlə yanaşı Milli Qəhrəmanın yaxın qohumları,
"Və bir də baxarsan səndən geridə, yollarda piyada bir adam qalıb..." - Elşən Əzim
(15-04-2025, 14:24)
(15-04-2025, 14:24)

Elşən Əzim Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasında növbəti şeir ərmağanı Elşən Əzim yaradıcılığından: İKİLƏŞMƏ Və bir gün bir adam çıxar qarşına, qayıdıb səninlə yanaşı gedər. sən gedən yollarda dörd olar gözü, nabələd tərpənər, ya naşı gedər. və baxıb görərsən bu elə sənsən, göz sənin gözündü, qaş sənin qaşın. kostyum, qalstuk, köynək səninki, əyin sənin əynin, baş sənin başın. və baxıb görərsən əl də sənindir, ayaq da sənindir, başmaq da sənin. hardasa dayanıb yol
Yazı axını
15 / 07 / 2025
15 / 07 / 2025
15 / 07 / 2025
14 / 07 / 2025
14 / 07 / 2025
13 / 07 / 2025
13 / 07 / 2025
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
Ən çox oxunanlar