Reklam
"Payıza dönər ömrün, dumantəki sürünər..." - Famil Vaqifoğlu
12-07-2025 15:30
Famil VaqifoğluSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Famil Vaqifoğlu yaradıcılığından:
***
Bir də baxıb görərsən barmaqların bükülüb,
Əllərinin içində duaların yox olub.
Bir də baxıb görərsən saçların da tökülüb,
O solmayan üzünün qırışları çoxalıb.
Nə Tanrı duyar səni, nə mələklər əzizlər,
Bütün gecə sübhədək düşüncən yorar səni.
Halına da acımaz o doğmalar, əzizlər.
Nə bir kimsə soruşar, nə kimsə arar səni.
Sızım-sızım sızıldar içindəki duyğular,
Dizlərinə bənd olar yetim qalan qolların.
Gözlərinin önündə hər gün bir az silinib,
Addım-addım yox olar sənə gələn yollarım.
Payıza dönər ömrün, dumantəki sürünər,
Hey məni soraqlayar çiskinli baxışların.
Və bir də yollar boyu öləziyən ümidin,
Küçələrdə islanar, altında yağışların...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 12-07-2025 15:30
Baxış sayı: 3490Yazı axını
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
Ən çox oxunanlar
01-10-2026 22:01





























