Reklam
"Bu elə atəşdir yan durmaq olmur..." - Əlövsət Saldaş
21-04-2025 13:27
Əlövsət SaldaşSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Əlövsət Saldaş yaradıcılığından:
ADAM
Sənnən ki Tanrının xəbəri yoxdur,
Kim səni dünyaya göndərib, adam.
Sahibsiz qəriblə dünya doludur,
Dön qayıt geriyə, dön, qərib adam.
Pəsdə inləyirsən, bəm oxuyursan,
İslaq görünürsən, nəm oxuyursan,
Elə dərd çalırsan, qəm oxuyursan,
Vaxt səni nə yaman dindirib, adam.
Köklə qopuzunu Qorquddan denən,
Darda tapındığın boz qurddan denən,
O dağlardan oxu, o yurddan denən,
Könlünü kamana döndərib, adam.
Bu elə atəşdir yan durmaq olmur,
Göynədir - yetənə qandırmaq olmur.
Şamını təzədən yandırmaq olmur,
Zalımlar biryolluq söndürüb, adam.
Əlövsət, kölgə tək ötək dünyadan,
Sevinci, nəşəsi gödək dünyadan...
Tutuşaq əl - ələ, gedək dünyadan
Sən qərib adamla mən qərib adam.
Dalidag.az
Kateqoriya: Kəlbəcər / Poeziya-nəsr
Tarix: 21-04-2025 13:27
Baxış sayı: 3627Yazı axını
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
Ən çox oxunanlar
05-10-2026 19:30





























